Beynəlxalq Olimpiya Komitəsi (BOK) koronavirus pandemiyasına görə İsveçrənin Lozanna şəhərindəki qərargahında çalışan əməkdaşlarının evdən işləməsinə icazə verib.
BOK-un 500-dən çox işçisi bu gündən etibarən evdən işləyəcək.
Həmçinin, COVID-19 Olimpiya Muzeyinin də iki həftəliyə bağlanılmasına səbəb olub.
İsveçrə hökuməti aprelin sonunadək 50-dən çox insanın toplaşmasını qadağan edən qərar qəbul edib. Ölkədə məktəblər bağlanıb.
Qeyd edək ki, BOK-un prezidenti Tomas Bax martın 17-də telekonfrans keçirəcək. Telekonfransda Tokio Olimpiadasının, lisenziya xalları verən yarışların gələcək taleyi müzakirə olunacaq.