Basketbol üzrə Azərbaycan çempionatının oyunları təxirə salınıb.
Bu barədə Azərbaycan Basketbol Federasiyasının saytında məlumat yayılıb.
Bildirilib ki, bu addım Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatına uyğun olaraq koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.
Federasiyasının qərarına əsasən, kişilər arasında Superliqanın bu gün və martın 5-də keçirilməli olan XXI turunun matçları təxirə salınıb. Qarşılaşmaların təşkili vaxtı hələ dəqiqləşməyib.