Rafael Ağayev Olimpiadaya vəsiqə qazanmaq üçün Avstriyaya gedir » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Polisin tapdığı 10 min manat onun imiş  |     22:48 Azərbaycan, İran və Rusiya arasında nəqliyyat sahəsi üzrə üçtərəfli görüş Moskvada keçiriləcək  |     22:39 Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası başlayıb  |     22:27 Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalandı  |     22:14 “Beşiktaş” “Atletik”i darmadağın etdi  |     22:02 İranda dolların məzənnəsi rekord həddə yüksəldi  |     21:40 Türkiyədə kurortda baş verən yanğında ölənlərin sayı 79-a çatıb  |     21:17 Məktəblərdə 5 gün dərs olmayacaq  |     21:11 Polşada mədəndə partlayış baş verib, 14 nəfər xəstəxanaya yerləşdirilib  |     20:48 “Kotlovan”dan satılan mənzillər əhəmiyyətli dərəcədə bahalaşıb”  |     20:38 Qoşa xəttin tələbini pozan "Gelandewagen" sürücüsü SAXLANILDI  |     20:29 Türkiyədə hoteldəki yanğına görə iki məmur saxlanılıb  |     20:23 Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum oldu  |     20:14 Bələdiyyə seçkilərində Neftçalada 926 nəfər ilk dəfə səs verəcək  |     19:56 Bakı-Qazax yolunda qəza - Türkiyə vətəndaşı xəsarət aldı - FOTOlar  |     19:45 Şamaxı xəstəxanasının sabiq direktoru ilə bağlı cinayət işi açılıb, məhkəməsi başlayır  |     19:42 Məktəblərdə 5 gün dərs olmayacaq  |     19:32 Wi-Fi-ı söndürmədən yatmayın - Diqqət  |     19:17 Boludakı yanğında ölən, yaxud yaralanan vətəndaşımız varmı?  |     19:10 Türkiyədəki səfirliyimizdə bayraqlar endirildi  |    

Rafael Ağayev Olimpiadaya vəsiqə qazanmaq üçün Avstriyaya gedir

Karateçilərimiz 28 fevral – 1 mart tarixlərində Avstriyanın Zalsburq şəhərində Karate1 Premyer Liqa turnirində mübarizə aparacaq.

Mövsümün üçüncü mərhələsində iştirak etmək üçün Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun başçılıq etdiyi 14 idmançıdan ibarət heyət yola düşür.

Kumite yarışlarında Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi -67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov (hər üçü -84 kq), Şahin Atamov, Asiman Qurbanlı (hər ikisi +84 kq), eləcə də Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), İrina Zaretskaya (-68 kq) və Fəridə Əliyeva (+68 kq) Azərbaycanı təmsil edəcək.

Kata yarışlarına isə yalnız Roman Heydərov qatılacaq.

Zalsburqda Premyer Liqanı idarə edən referilər arasında beynəlxalq hakim Cahangir Babayev da olacaq. Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışında 88 ölkədən 625 karateçi yarışacaq. Turnir karateçilərə həmçinin dünya və olimpiya reytinqi xalları qazandıracaq.

Xatırladaq ki, İrina Zaretskaya ötən günlərdə Dubayda Karate1 Premyer Liqa turnirində Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı vaxtından əvvəl əldə edib. Rafael Ağayevin Olimpiadaya vəsiqə əldə etməsi üçün isə mötəbər yarışın Zalsburq mərhələsində üç qələbə kifayət edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 881 25.02.20 12:36