Azərbaycan yunan-Roma güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında medal qazanıb.
"Report"un məlumatına görə, 77 kq çəki dərəcəsində mübarizə aparan Sənan Süleymanov qızıl medala yiyələnib.
O, finalda macarıstanlı Zotlan Levaiyə qalib gəlib. Bununla da S.Süleymanov karyerasında ilk dəfə Avropa çempionu olub.
Qeyd edək ki, daha əvvəl Eldəniz Əzizli 55 kq çəkidə bürünc medala sahib olub.
***
Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
"Report"un məlumatına görə, 55 kq çəki dərəcəsində yer alan qitə və dünya çempionu 3-cü yer uğrunda görüşdə italiyalı Covanni Frenini vaxtından əvvəl təmiz qələbə ilə yenib - 9:0.
Bu qalibiyyət üçün Əzizliyə 1 dəqiqə 6 saniyə lazım gəlib.