Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb.
UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirdə Avropa Liqasının qruplarından ilk iki yerin sahibi və Çempionlar Liqasında qrup üçüncüləri kimi mərhələ adlamış 32 komanda iştirak edib.
İstanbul təmsilçisi "Başakşehir" "Sportinq"ə, Ukrayna klubu "Şaxtyor"a isə "Benfika" rəqib olub.
Avropa Liqası
1/16 final
"Vulverhempton" (İngiltərə) - "Espanyol" (İspaniya)
"Sportinq" (Portuqaliya) - "Başakşehir" (Türkiyə)
"Xetafe" (İspaniya) - "Ayaks" (Niderland)
"Bayer" (Almaniya) - "Portu" (Portuqaliya)
"Kopenhagen" (Danimarka) - ""Seltik" (Şotlandiya)
AOEL (Kipr) - "Bazel" (İsveçrə)
"CFR Kluj" (Rumıniya) - "Sevilya" (İspaniya)
"Olimpiakos" (Yunanıstan) - "Arsenal" (İngiltərə)
"AZ Alkmar" (Niderland) - "Lask" (Avstriya)
"Brügge" (Belçika) - "Mançester Yunayted" (İngiltərə)
"Ludoqorets" (Bolqarıstan) - "İnter" (İtaliya)
"Ayntraxt" (Frankfurt, Almaniya) - "Zalsburq" (Avstriya)
"Şaxtyor" (Ukrayna) - "Benfika" (Portuqaliya)
"Volfsburq" (Almaniya) - "Malmö" (İsveç)
"Roma" (İtaliya) - "Gent" (Belçika)
"Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya)