UFC rusiyalı Həbib Nurməhəmmədovla amerikalı Toni Ferqyuson arasında görüşün keçirilmə vaxtını açıqlayıb.
Ren.tv xəbər verir ki, onlar aprelin 18-də Nyu-Yorkda döyüşəcəklər.
Qeyd edək ki, bu, Həbib və Toni arasında 2015-ci ildən başlayaraq, görüşün təşkil olunması üzrə beşinci cəhddir. Ancaq onlar bu günə qədər bir-biri ilə döyüşməyiblər.
31 yaşlı dağıstanlı idmançı karyerası ərzində 28 döyüş keçirib və hər birində qələbə qazanıb.
35 yaşlı Toni isə bugünədək 28 görüş keçirib ki, bunlardan 25-də qələbə qazanıb, üçündə isə məğlub olub.