17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2020-nin ilkin seçmə mərhələsində ikinci oyununu keçirib.
Apasport.az-ın məlumatına görə, IX qrupda mübarizə aparan yığmamız Almaniya ilə qarşılaşıb.
Yunanıstanda keçirilən görüşdə Bundestim qalib gəlib. Vüqar Məmmədin yetirmələri rəqibin qarşısında 30 dəqiqə tab gətirsə də, sonradan buraxılan qollarla 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, qrupun digər matçında meydan sahibləri ilə Qazaxıstan üz-üzə gələcək.
17 yaşadək futbolçular arasında Avropa çempionatı
Seçmə mərhələ, IX qrup
II tur, 16 noyabr
16:00. Almaniya – Azərbaycan – 2:0
Qollar: Reyn, 30, Çalhanoğlu 53
Hakimlər: Denis Şurman, Viktor Matyaş (hər ikisi Ukrayna), Konstantinos Triantafyllou, Stefanos Koymparakis (hər ikisi Yunanıstan)
Patra. “Pampeloponnisiako” stadionu
1 | Almaniya | 2 | 2 | 0 | 0 | 7-0 | 6 |
2 | Yunanıstan | 1 | 1 | 0 | 0 | 6-1 | 3 |
3 | Qazaxıstan | 1 | 0 | 0 | 1 | 0-5 | 0 |
4 | Azərbaycan | 2 | 0 | 0 | 2 | 1-8 | 0 |