Şəhriyar Məmmədyarov Rumıniyadakı turnirdə ikinci yerdədir » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:29 Boludakı yanğında ölən, yaxud yaralanan vətəndaşımız varmı?  |     20:22 Türkiyədə matəm elan olundu  |     19:59 Əhaliyə xəbərdarlıq edildi - Bu gündən...  |     19:50 Türkiyədə oteldə baş verən yanğınla əlaqədar 4 nəfər saxlanıldı  |     19:42 "Mançester Siti" yeni transferini açıqlayıb  |     19:34 Rusiya Federasiya Şurasının sədri Ermənistana səfər edə bilər  |     19:27 Kəmaləddin Heydərov Yerliqayaya başsağlığı verdi  |     19:13 Bakıda məşhur iş adamı həbs olundu - Xəzinədarı 20 min manatını oğurlamışdı  |     18:51 İsrail ordusu İordan çayının qərb sahilində antiterror əməliyyatına başladı  |     18:34 Bakıda dəhşətli hadisə - Ata üç il övladını zorladı  |     18:15 İdxal zamanı yararsız olduğu aşkarlanan məhsullar məhv edildi  |     17:12 Lavrov: "Rusiya Azərbaycan-Ermənistan məsələsində heç kimin tərəfini tutmur"  |     16:59 Sifilis xəstəliyindən ölən körpənin anası onu görməkdən dəfələrlə imtina edib  |     16:39 Yasamal Rayon Polis İdarəsində YENİ TƏYİNAT  |     16:23 Əli Kərimin oğlunun hökmü 12 il sonra dəyişdi: Müsadirə edilən pullar qaytarıldı  |     16:17 Azərbaycan Ordusunun hərbi qulluqçusu VƏFAT EDİB - FOTO  |     14:39 Azad olunan ərazilərdə daha 189 mina zərərsizləşdirilib  |     14:37 Keçmiş sevgilisini öldürən qadın 10 il azadlıqdan məhrum edildi  |     13:55 Gəncədə 78 yaşlı kişini it dişləyib  |     13:48 Fərid Səfərli Azərbaycanda həbsdə olan İran casusu ilə dəyişdirilib  |    

Şəhriyar Məmmədyarov Rumıniyadakı turnirdə ikinci yerdədir

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən şahmatın rapid və blits üzrə Superbet turnirində Şəhriyar Məmmədyarov ikinci pillədədir.

Rapid üzrə keçirilən doqquz turdan sonra Şəhriyar 10 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Məmmədyarovla eyni xala malik şahmatçılar Niderland təmsilçisi Aniş Qiri və ermənistanlı Levon Aronyandır. Birinci sıraya isə heç kimin gözləmədiyi halda, ukraynalı şahmatçı Anton Korobov rəhbərlik edir. Onun aktivində 12 xal var.

Qeyd edək ki, şahmatçımız doqquz tur ərzində Le Kuanq Lyem (Vyetnam), Vladislav Artemyev (Rusiya), Vişvanatan Anand (Hindistan), Anton Korobov (Ukrayna), Levon Aronyan (Ermənistan) və Sergey Karyakinlə (Rusiya) heç-heçə edib. Yalnız IV turda Uesli Soya (ABŞ) uduzan Şəhriyar Məmmədyarov Aniş Qiri (Niderland) və Fabiano Karuananı (ABŞ) məğlub edə bilib.

Bu gün turnirdə blits partiyalara start veriləcək. 18 turdan ibarət olan blits görüşlər bu gün və sabah baş tutacaq.
/oxu.az/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 870 09.11.19 15:54