Azərbaycan Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına beşinci lisenziyanı qazanıb.
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində para atletika üzrə dünya çempionatının ilk günündə paralimpiyaçımız Kamil Əliyev mübarizəyə başlayıb.
Kamil Əliyev uzunluğa tullanma üzrə T12 kateqoriyasinda yeddi metr nəticə göstərib. Dünya çempionatında üçüncü yerə çıxan Kamil Əliyev bununla da XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.
Beləliklə, Paralimpiya Oyunlarına lisenziya qazanan idmançılarımızın sayı beşə yüksəlib. Qeyd edək ki, Kamil Əliyevdən öncə Kamran Zeynalov, Yelena Taranova (hər ikisi paraatıcı), Elşən Hüseynov (parapauerliftinq) və Roman Saley (paraüzgüçü) də Tokio-2020-yə lisenziyaya yiyələnib.
/oxu.az/