Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kubokunun qalibi olmuş həmkarı Teymur Rəcəbovu təbrik edib.
O, Azərbaycana ilk dəfə Dünya Kubokunu qazandıran Teymura qələbəsinə görə təşəkkür edib:
“Azərbaycanın kişi sahmatçılarının qazanmadığı cəmi altı rəsmi nəticə qalıb:
1. Fərdi dünya çempionluğu; 2. İddiaçılar turnirinin qalibi; 3. Blitz üzrə dünya çempionluğu; 4. Komanda üzrə dünya çempionluğu; 5. Şahmat Olimpiadası; 6. Şəxsi Avropa çempionluğu. Bu nəticələr olsa, Azərbaycan şahmatının zəif yeri olmayacaq.
Dünya Kubokunu bu siyahıdan çıxardığı üçün Timaya təşəkkürlər! Növbəti bir il ərzində bu turnirlərdən beşinin olacağına inanıram. Təbriklər!”
Qeyd edək ki, əvvəllər Azərbaycanın kişi millisi komanda şəklində üç dəfə Avropa çempionu ola bilib. Şəhriyar Məmmədyarov isə 2013-cü ildə məhz Xantı-Mansiyskdə rapid üzrə dünya çempionu olub.
Onu da bildirək ki, Dünya Kubokunun 1/8 finalında məhz Teymur Rəcəbov Şəhriyar Məmmədyarovu məğlub edib.
/oxu.az/