Cəlilabaddakı faciənin təfərrüatı məlum olub.
Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Hasıllı kəndində baş verib.
Belə ki, həmin kəndin 2016-ci il təvəllüdlü sakini Bağırov Mirkamil Samir oğlu nəzarətsiz qalaraq evdə olan milçək dərmanını içib.
Məlumata görə, M.Bağırovun babası feldşerdir. Elə ilk tibbi yardımı da o göstərib.
Xəstəyə sistem köçürüb. Lakin azyaşlının vəziyyəti pisləşdiyi üçün o, təxminən iki saatdan sonra ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Xəstəyə Reanimasiya şöbəsində göstərilən bütün yardımlara baxmayaraq o, dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
* * * * *
Cəlilabadda iki yaşlı uşaq dünyasını dəyişib.
Median.Az APA-ya istinadən xəbər verir ki, gecə saatlarında rayonun Hasılı kənd sakini, 2016-cı il təvəllüdlü Mirkamil Samir oğlu Bağırov valideynləri tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
M. Bağırova həkimlər tərəfindən tibbi yardım göstərilməsinə baxmayaraq o, dünyasını dəyişib.
İlkin məlumata görə, M.Bağırovun dərmandan zəhərlənərək dünyasını dəyişdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.