Kişilərdə artıq çəkinin təhlükəli fəsadı üzə çıxdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:59 Yardımlıda narkokuryer qohumlar saxlanılıblar  |     15:55 Bakıda bir nəfərin 251 min dolları ələ keçirilib, saxlanılan var  |     15:46 Təranə Səmədovanın işi Ali Məhkəmədə  |     15:39 Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib  |     15:36 Qubada silsilə əməliyyatlar: Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb  |     15:34 Abşeronda məktəbdə baş verən yanğının SƏBƏBİ açıqlanıb (YENİLƏNİB)  |     15:30 "Türkiye gazetesi": "Bəşər Əsəd Türkiyəyə danışıqlar təklifi göndərib"  |     15:28 Bir neçə vəzifəli şəxs həbs olundu: 24 milyon manatdan çox vəsait ölkəyə qaytarılmayıb  |     15:22 Bakıda avtomobil piyadanı vuraraq öldürdü  |     15:15 Bakıda yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     15:14 Tovuzda 6300 manatlıq mobil telefonlar oğurlanıb  |     15:13 Şəkidə 59 yaşlı kişi intihar edib  |     15:04 Sumqayıtda ərin bıçaqladığı qadın 50 gün sonra polisə şikayət etdi (YENİLƏNİB)  |     15:02 Yol polisindən yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT  |     15:01 Ermənistanda zəlzələ baş verib  |     15:00 Bakıda yeniyetmə itkin düşüb  |     14:23 Evində külli miqdarda narkotik vasitələr saxlayan şəxs tutuldu  |     14:13 Gəncədə 18 yaşlı oğlan bıçaqlandı  |     14:05 Yeni il tətilini xaricdə, yoxsa bölgələrdə keçirmək sərfəlidir? - VİDEO  |     13:56 Rusiyada qızla görüşə gedən məktəbliyə 27 güllə vuruldu  |    

Kişilərdə artıq çəkinin təhlükəli fəsadı üzə çıxdı

London İmperial Kollecinin alimlər qrupu müəyyən edib ki, çəki problemi olan kişilər qadınlardan on il əvvəl yaddaşlarını itirməyə başlaya bilərlər.

Demensiya ən çox 75 yaşdan sonra inkişaf edir, lakin "Journal of Neurology Neurosurgery & Psychiatry" jurnalında dərc edilən yeni araşdırmalar göstərir ki, piylənmə kişilərdə bu prosesi sürətləndirə bilər.

Alimlər müəyyən ediblər ki, artıqçəkili kişilərdə beyin funksiyasının pisləşməsi artıq 55-74 yaşlarında başlayır, qadınlarda isə oxşar dəyişikliklər yalnız on il sonra, 65-74 yaşlarında baş verir.

MRT-dən istifadə edərək, alimlər təcrübə iştirakçılarının beyin həcmini və bədəndəki yağın miqdarını qiymətləndiriblər. Nəticələr göstərib ki, artıq yağı beyin həcminin azalması ilə əlaqəlidir ki, bu da sinir hüceyrələrinin və onlar arasındakı əlaqənin itirilməsini göstərir. Bu əlaqə xüsusilə kişilərdə özünü büruzə verir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            105 02.12.24 12:12