Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az xəbər verir ki, hadisə bu gün saat 16:30 radələrində, Ağsu çayı üzərindəki körpünün yanında baş verib.
“Mercedes” markalı yük avtomobili yoldan çıxaraq 100 metr dərinliyi olan dərəyə aşıb. Hadisə zamanı avtomobildə olan iki nəfər ağır bədən xəsarətləri alaraq təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların adları hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır. /apa