Azərbaycanda yük maşını aşdı, iki nəfər yanaraq öldü - Qatarların hərəkəti dayandırıldı - VİDEO (YENİLƏNİB) » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:41 Bakıda məktəbli qız faciəli şəkildə öldü  |     13:23 Alimlər potensial təhlükəni aşkar etdilər: Şimali Amerikada yeni henipavirus tapıldı  |     13:10 Qusarda avtomobildə meyit tapılıb  |     22:55 Lənkəranda iki saat işıq olmayacaq  |     22:47 Bakıda yük avtomobillərinin yolda qalması nəqliyyat sıxlığına səbəb olub  |     22:39 ABŞ martın 1-dən Meksika və Kanadaya yeni tariflər tətbiq etməyə hazırlaşır  |     22:34 Şahdağdan qayıdarkən ağır qəzaya düşən müğənninin beli qırıldı - VİDEO  |     22:24 Türkiyə MN Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimdən görüntüləri paylaşdı - FOTO  |     22:08 Şahmat üzrə Azərbaycan çempionatı başladı  |     22:08 Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb  |     21:52 Bakının Nizami rayonunda nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb  |     21:39 Yaddaşı inanılmaz dərəcədə gücləndiriən qida - Alimlər AÇIQLADI  |     21:30 Minlərlə turist “Tik Tok” reklamından sonra xizək kurortunu “dağıdıb”  |     21:13 Əli Əsədov Alim Xanla görüşdü  |     20:57 "Türk Axını" ilə qaz tədarükü tarixi maksimuma çatıb  |     20:35 FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı  |     20:24 Azərbaycanda çörək BAHALAŞDI  |     20:07 Türkiyə ordusu İraqda terrorçulara məxsus çoxlu sayda silah-sursat ələ keçirib  |     19:58 Kriştianu Ronaldu klub səviyyəsində 700 matçda qalib gələn ilk futbolçu olub  |     19:39 Azərbaycan qaz tranziti sxeminə daxil edilir  |    

Azərbaycanda yük maşını aşdı, iki nəfər yanaraq öldü - Qatarların hərəkəti dayandırıldı - VİDEO (YENİLƏNİB)

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, avqustun 29-u səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində DAF markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib və avtomobil körpüdən aşıb. Qəza nəticəsində avtomobilin ön hissəsi yanıb, sürücü və sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

* * * * *

Bu gün saat 04:00-da Qızılburun-Gilgilçay istiqamətində hərəkət edən yük avtomobili idarəetməni itirərək körpüdən aşıb və dəmir yolu xəttinin üzərinə düşüb.


"Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, hadisə nəticəsində yanğın baş verib, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadası dərhal hadisə yerinə cəlb edilib və yanğın qısa müddət ərzində söndürülüb.

Hadisənin baş verdiyi vaxt həmin sahədə qatarlar hərəkətdə olmayıb. Hazırda yük maşınının sahədən götürülməsi üçün tədbirlər görülür və dəmir yolu infrastrukturuna dəymiş ziyan müəyyənləşdirilir.

İlkin araşdırmalara əsasən dəmiryol xəttinin kontakt şəbəkəsi ciddi zədələnib və hazırda həmin istiqamət üzrə qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

* * * * *

Bu gün səhər saat 4-5 radələrində Siyəzəndə yük maşını aşıb.


Bizim.Media xəbər verir ki, hadisə Bakı-Quba yolunun 104-cü km-də, Siyəzən rayonu ərazisində baş verib.

Hələlik kimliyi məlum olmayan sürücü idarə etdiyi "Shacman" markalı yük maşınını körpüdən aşırıb.

Nəticədə sürücü və yanındakı bir sərnişin alışan maşında yanaraq ölüblər.

Onların şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində işlərə başlanılıb.скачать dle 11.3







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            891 29.08.24 13:05