Parlament Serj Sarqsyanın taleyini həll etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:41 İrandan narkotik vasitələrin tranziti ilə bağlı Bakıda saxlanılan Rusiya vədəndaşları məhkəməyə gətirilib - FOTO  |     21:24 Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda saxlanılıb - VİDEO  |     21:21 Voronejdə saxlanılan azərbaycanlı sahibkar azadlığa buraxılıb - VİDEO (Yenilənib)  |     21:12 İsrail və Suriya İrana qarşı birləşir: Kəşfiyyat əməkdaşlığı gündəmdə  |     20:58 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ  |     20:51 Azərbaycan və Özbəkistan turistlər üçün viza prosedurlarını sadələşdirə bilər  |     20:46 Ali Məhkəmə saxta pul işi üzrə qərar verib  |     20:37 Təkrar sertifikatlaşdırmadan keçməyən 2300-dən çox müəllim işdən çıxarılıb  |     20:32 Paşinyan II Qareginin istefasını tələb edib  |     20:25 Musiqi və incəsənət məktəbləri müəllimlərinin 2025-ci il üçün attestasiyası yekunlaşıb  |     20:20 "Gəncə" klubu ABŞ-dən olan voleybolçunu transfer edib  |     20:13 “Fitch” bu il Azərbaycanda büdcə kəsiri ilə bağlı proqnozunu açıqlayıb  |     20:06 Slovakiya Elçin Qasımovu Bakıya səfir təyin edib  |     19:59 Bir ay ərzində sərhəddə 7 milyon manat dəyərində qaçaqmal tutulub  |     19:53 Futbol matçlarında hissələrarası fasilənin müddəti uzadıla bilər  |     19:45 Azərbaycanda unun topdansatış qiyməti azalıb  |     19:40 21 yaşlı tennisçi "Uimbldon" turnirində rekord qırıb  |     19:32 WSJ: Amazon anbarlarında tezliklə insanlardan daha çox robot olacaq  |     19:25 Venesuela özünün təhlükəsiz messencerini yaradacaq  |     19:16 Uşaqların psixi sağlamlıq problemlərinin həllinə kömək edən ən yaxşı üsul müəyyən edilib  |    

Parlament Serj Sarqsyanın taleyini həll etdi

Ermənistanın yeni konstitusiyasına görə, Serj Sarqsyan faktiki dövlət başçısı olacaq

Ermənistanın eks-prezidenti Serj Sarqsyan aprelin 17-də parlamentin xüsusi iclasında baş nazir seçilib.

Sarqsyan Ermənistan Milli Məclisində keçirilən səsvermədə çoxluğun səsini qazanıb. Ona iclasda iştirak edən 94 deputatdan 77-si səs verib. 17 deputat isə Sarqsyanın əleyhinə olub.

Ermənistanın yeni konstitusiyasına görə, Serj Sarqsyan faktiki dövlət başçısı olacaq.

Qeyd edək ki, 2015-ci ilin dekabrında qəbul olunmuş yeni konstitusiya ilə Ermənistan parlamentli respublika üsul-idarəsinə keçib. İcra hakimiyyətinin bütün səlahiyyətləri baş nazirə verilib.

Prezident isə sadəcə ölkənin nominal lideri olacaq və dövlətin əsas siyasətindən kənarda qalacaq.

Əvvəlkindən fərqli olaraq, hazırkı konstitusiyaya görə, baş nazir məhdudiyyətsiz olaraq bir neçə dəfə seçilə bilər.

Parlament tərəfindən seçilmiş baş naziri prezident təsdiqləyəcək. Bundan sonra baş nazir beş gün ərzində baş nazirin müavinlərinin və nazirlərin namizədliyini irəli sürməlidir.

Prezident onları üç gün müddətində təsdiqləməlidir.

Yeni hökumətin formalaşma müddəti 1-10 may tarixləridir. Ermənistanda parlament idarəetmə üsuluna keçid yeni prezidentin çıxışından sonra başlayacaq.

Xatırladaq ki, eks-prezidentin baş nazir postuna namizədliyi ötən gün parlamentdə hakim Respublika partiyası və onun koalisiya ortağı "Daşnaksütyun" tərəfindən rəsmən irəli sürülüb. İki gündür Yerevanda və ölkənin ayrı-ayrı regionlarında Sarqsyanın baş nazir olmasına qarşı çıxanların "vətəndaş itaətsizliyi" aksiyası davam edir.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 816 17.04.18 17:43