ABŞ prezidenti Donald Tramp hərbi müşavirləri ilə vacib toplantı keçirib.
Ağ Evdə baş tutan toplantıda Suriyadakı mövcud vəziyyət, Bəşər Əsədə bağlı ordu qüvvələrinin Şərqi Qutada kimyəvi silahdan istifadə etməsi müzakirə edilib. Tramp bildirib ki, 24 və ya 48 saat içində vacib qərar qəbul edəcək.
"Suriya ilə bağlı günün sonuna qədər vacib qərar verəcəm. Əsəd rejimi kimyəvi silahdan istifadəyə görə cavab verəcək".
Qeyd edək ki, Suriyada ordu qüvvələrinin ötən gün kimyəvi silahdan istifadə etməsi nəticəsində paytaxt Dəməşq yaxınlığındakı Şərqi Qutada yüzlərlə insan həlak olub. Minlərlə insan yaralanıb.