Fransada atışma: Ölən və yaralanan var » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 Dünyanın ən yaxşı aviaşirkətinin adı açıqlandı  |     22:46 Şəkidə YANĞIN: Heyvanlar tələf oldu  |     22:44 Ötən il Gəncədə daşınmış sərnişinlərin sayı 100 milyonu keçib  |     22:35 “Mercedes”in əfsanəvi Formula-1 bolidi rekord qıraraq tarixə düşdü  |     22:34 Bu tarixlərdə ardıcıl 7 gün iş olmayacaq  |     22:28 Bakıda sürücünü hədələyib pulunu ələ keçirən şəxslər tutulub- VİDEO  |     22:28 Nazir: Müəllimlərin sayı azalacaq, maaşlar artacaq  |     22:20 Azərbaycanın taekvondo millisi Türkiyədə beynəlxalq turnirdə iştirak edəcək  |     22:16 Japarov Maskın "Amerikanın Səsi" və "Azadlıq Radiosu"nu bağlamaq çağırışını dəstəkləyib  |     22:12 Bakıda məktəbin həyətində qadının ŞAH DAMARINI KƏSDİLƏR  |     21:45 Ruben Vardanyanın məhkəmədə əsaslandırılmamış etirazı təmin olunmayıb  |     21:32 Bakıda dəhşətli qətl - Qadını namaz qılarkən vəhşicəsinə öldürdülər  |     21:19 İstanbuldan uçuşlar ləğv olundu  |     21:01 Kolumbiyada ildırım vurması nəticəsində dörd futbolçu həlak olub  |     20:50 Ermənistan XİN Türkiyə ilə sərhədin açılmasını təkzib etdi  |     20:38 Üç polkovnikə VƏZİFƏ VERİLDİ - ADLAR  |     20:26 Baş Qərargah rəisi: İran Silahlı Qüvvələri istənilən təhdidə cavab verməyə hazırdır  |     20:21 Hövsanda kişi bir il əvvəl boşandığı qadına ağır xəsarət yetirməkdə şübhəli bilinir  |     20:13 Nizami Alışana investisiya üçün 945 min dollar vermişəm - Zeynal Usubov məhkəmədə ifadə verib  |     20:08 Nijni Novqorodda ekstremist cinayətlərə görə 15 nəfər saxlanılıb  |    

Fransada atışma: Ölən və yaralanan var

Fransanın şərqində yerləşən Kot-d'Or avtomobil yolunda baş verən atışma nəticəsində Fransa polisinin elit taktiki bölməsi RAID-in bir əməkdaşı yaralanıb, bir cinayətkar isə zərərsizləşdirilib.

Bu barədə BFM TV telekanalı prokurorluğa istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, qanunsuz miqrasiya təşkilatı ilə bağlı iş üzrə missiya çərçivəsində iki polis əməkdaşı Britaniya nömrəli bir avtomobilə yaxınlaşıb. Avtomobildən iki kişi çıxaraq xüsusi xidmət əməkdaşlarını avtomatik silahlardan atəşə tutublar. Polis əməkdaşları isə cavab atəşi açıblar.

Cinayətkarlar hadisə yerindən qaçmağa cəhd göstərsələr də, xüsusi xidmət işçiləri tezliklə zədələnmiş avtomobili aşkar ediblər. Avtomobilin salonunda bir kişi cəsədi tapılıb.

Atışmada iştirak edən daha üç nəfər saxlanılıb. Telekanalın əlavə etdiyinə görə, beşinci cinayətkar hələ də axtarışdadır.

Məlumatlara görə, polis əməkdaşı ayağından yaralanıb, xəstəxanaya çatdırılıb və onun sağlamlığına heç bir təhlükə yoxdur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            147 08.02.25 22:29