Ankarada 33 nəfər saxta spirtli içkinin qurbanı olub.
Median.Az-ın NTV telekanalına istinadla xəbər verir ki, bunu Türkiyənin Ankara vilayətinin valisi Vasip Şahin deyib.
Onun sözlərinə görə, 33 nəfər saxta alkoqol içdiyinə görə ölüb, daha 20 nəfər reanimasiyadadır.
Vali bildirib ki, bazara saxta alkoqolun çıxarılması ilə bağlı vəziyyətin araşdırılması çərçivəsində 32 nəfər saxlanılıb.