Netanyahu Təhlükəsizlik Kabinetinin iclasını çağıracaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:40 Konqoda meymunçiçəyinə yoluxmuş 100-dən çox xəstə müalicə mərkəzlərindən qaçıb  |     19:27 Bulvarda azyaşlını skuterlə vurdu, məhkəmə cəzalandırdı  |     19:23 "Bakı Gəmiqayırma Zavodu" cərimə olunur  |     19:08 İsveçdə məktəbdə atışma olub, beş nəfər yaralanıb  |     19:01 Bu gün Ümumdünya Xərçənglə Mübarizə Günüdür  |     18:54 Arvadını baltalamaqda təqsirləndirilən şəxsə hökm oxunub  |     18:49 Gürcüstanda dəm qazından iki nəfər ölüb, dörd nəfər xəsarət alıb  |     18:42 Azərbaycanlı məktəblilər ilk dəfə “SpaceX” raketi ilə orbitə peyk buraxacaq  |     18:36 Moskvada yaşayış kompleksində baş verən partlayışda Ermənistan vətəndaşı şübhəli bilinir  |     18:31 “Traktor”- “Persepolis” oyununda qarışıqlıq salmaqda şübhəli bilinən iki qadın həbs edilib  |     18:25 Nəsimi rayonunda bir ayda narkotik və spirtli içkinin təsiri altında olan 20 sürücü saxlanılıb, 5-i həbs olunub  |     18:16 Kəngərlidə top mərmiləri aşkar edilib  |     18:05 Gürcüstanda dövlət rəsmilərini təhqir edənlər 45 günədək həbs oluna bilərlər  |     17:59 Peskov: Moskva Polşanın Rusiya mülkiyyətinə qarşı görəcəyi tədbirləri cavabsız qoymayacaq  |     17:51 "Formula 1": Bakıdakı əsas yarışın başlayacağı vaxt bəlli olub  |     17:49 Mil-Muğan Regional Mədəniyyət İdarəsinə rəis təyinatı olub  |     17:49 ABŞ klubunun hücumçusu 10 oyunluq diskvalifikasiya olunub  |     17:48 Netanyahu Təhlükəsizlik Kabinetinin iclasını çağıracaq  |     17:47 Vaşinqtonda hava limanları idarəsinin əməkdaşları saxlanılıb  |     17:47 Bakı Beynəlxalq Avtovağzal kompleksinin qarşısında yol qəzası zamanı qadın ölüb  |    

Netanyahu Təhlükəsizlik Kabinetinin iclasını çağıracaq

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-dən qayıtdıqdan sonra Qəzza zolağı üzrə razılaşmanın ikinci mərhələsi ilə bağlı ölkənin mövqeyini müzakirə etmək üçün Təhlükəsizlik Kabinetinin iclasını çağıracaq.

Bu barədə TASS Baş nazirin dəftərxanasının bəyanatına istinadən məlumat yayıb.

"Netanyahu ABŞ-dən qayıtdıqdan sonra Qəzza zolağı ilə bağlı razılaşmanın ikinci mərhələsinə dair İsrailin ümumi mövqelərini müzakirə etmək üçün Təhlükəsizlik Kabinetinin iclasını çağıracaq. Bu mövqelər danışıqların gedişatını müəyyən edəcək", - dəftərxanadan bildirilib.

Qeyd olunub ki, Netanyahu Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffla görüşüb.

"Görüşün yekunlarına əsasən, İsrail Qəzzada atəşkəs sazişinin davam etdirilməsi ilə bağlı texniki detalları müzakirə etmək üçün bu həftənin sonunda Dohaya işçi nümayəndə heyəti göndərməyə hazırlaşır", - bəyanatda bildirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            114 04.02.25 17:48