Vaşinqtonda hava limanları idarəsinin əməkdaşları saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:40 Konqoda meymunçiçəyinə yoluxmuş 100-dən çox xəstə müalicə mərkəzlərindən qaçıb  |     19:27 Bulvarda azyaşlını skuterlə vurdu, məhkəmə cəzalandırdı  |     19:23 "Bakı Gəmiqayırma Zavodu" cərimə olunur  |     19:08 İsveçdə məktəbdə atışma olub, beş nəfər yaralanıb  |     19:01 Bu gün Ümumdünya Xərçənglə Mübarizə Günüdür  |     18:54 Arvadını baltalamaqda təqsirləndirilən şəxsə hökm oxunub  |     18:49 Gürcüstanda dəm qazından iki nəfər ölüb, dörd nəfər xəsarət alıb  |     18:42 Azərbaycanlı məktəblilər ilk dəfə “SpaceX” raketi ilə orbitə peyk buraxacaq  |     18:36 Moskvada yaşayış kompleksində baş verən partlayışda Ermənistan vətəndaşı şübhəli bilinir  |     18:31 “Traktor”- “Persepolis” oyununda qarışıqlıq salmaqda şübhəli bilinən iki qadın həbs edilib  |     18:25 Nəsimi rayonunda bir ayda narkotik və spirtli içkinin təsiri altında olan 20 sürücü saxlanılıb, 5-i həbs olunub  |     18:16 Kəngərlidə top mərmiləri aşkar edilib  |     18:05 Gürcüstanda dövlət rəsmilərini təhqir edənlər 45 günədək həbs oluna bilərlər  |     17:59 Peskov: Moskva Polşanın Rusiya mülkiyyətinə qarşı görəcəyi tədbirləri cavabsız qoymayacaq  |     17:51 "Formula 1": Bakıdakı əsas yarışın başlayacağı vaxt bəlli olub  |     17:49 Mil-Muğan Regional Mədəniyyət İdarəsinə rəis təyinatı olub  |     17:49 ABŞ klubunun hücumçusu 10 oyunluq diskvalifikasiya olunub  |     17:48 Netanyahu Təhlükəsizlik Kabinetinin iclasını çağıracaq  |     17:47 Vaşinqtonda hava limanları idarəsinin əməkdaşları saxlanılıb  |     17:47 Bakı Beynəlxalq Avtovağzal kompleksinin qarşısında yol qəzası zamanı qadın ölüb  |    

Vaşinqtonda hava limanları idarəsinin əməkdaşları saxlanılıb

Vaşinqtonun hava limanları idarəsinin iki əməkdaşı Potomak çayı üzərində baş verən təyyarə qəzasının müşahidə kameralarından əldə edilmiş eksklüziv video görüntülərinin sızması ilə əlaqədar saxlanılıb.

Bu barədə ABC telekanalı məlumat yayıb.

"Vaşinqtonun paytaxt hava limanları idarəsinin iki əməkdaşı təyyarə və helikopterin toqquşmasını əks etdirən müşahidə kameralarından əldə edilmiş eksklüziv videonun CNN-ə görüntülərinin sızması ilə əlaqədar saxlanılıb", - nəşrdə qeyd olunub.

Telekanalın məlumatına görə, onlar qurumun qeydlərinin icazəsiz surətini çıxarmaqda ittiham olunublar.

Qeyd edək ki, Vaşinqtonun mərkəzindən 10-15 dəqiqəlik məsafədə, Ronald Reyqan hava limanı yaxınlığında səmada sərnişin təyyarəsi ABŞ ordusuna məxsus helikopterlə toqquşub.

Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirən təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Qəzadan sonra təyyarə Potomak çayına düşüb. 55 qurbanın şəxsiyyəti müəyyən edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            111 04.02.25 17:47