Bulvarda azyaşlını skuterlə vurdu, məhkəmə cəzalandırdı
Səbail rayonu, Dənizkənarı Milli Parkın "Azneft" dairəsi yaxınlığında olan hissəsində skuterlə azyaşlı vurulub.
Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə 2001-ci il təvəllüdlü Sabir adlı şəxs saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə cinayət işi açılıb. İş baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, hadisə 10 iyul 2024-cü il tarixdə, təxminən axşam saat 21.00 radələrində baş verib. Belə ki, "Azneft" dairəsinə yaxın meydanda Sabir skuteri arxaya hərəkət etdirərkən azyaşlı qız uşağına çırpılıb. Nəticədə qız uzun sürən komatik vəziyyətlə müşayiət olunan kəllə beyin travması alıb.
Məhkəmənin qərarı ilə Sabirə saxlanıldığı iki gün çıxılmaqla, 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!