Bu gün Ümumdünya Xərçənglə Mübarizə Günüdür » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:49 Rusiya vətəndaşının 780 min manatını mənimsəyənə hökm oxundu  |     21:32 Kürdəmirdə 26 yaşlı oğlan atasının iş yerində ÖLDÜ  |     21:15 Rusiya Xarkova raket zərbələri endirib, ölən və yaralananlar var  |     20:59 Azərbaycanın “Avroviziya 2025” təmsilçisi açıqlandı  |     20:46 Aİ-nin Azərbaycana qarşı "Binokl diplomatiyası" davam edir - VİDEO  |     20:25 Qızılağacda qanunsuz ov edən şəxs saxlanıldı  |     20:15 Ərdoğan Suriya prezidenti ilə görüşüb  |     20:12 Qazaxıstan AZAL təyyarəsinin qəzasına dair araşdırmanın ilkin nəticələri dərc etdi  |     19:40 Konqoda meymunçiçəyinə yoluxmuş 100-dən çox xəstə müalicə mərkəzlərindən qaçıb  |     19:27 Bulvarda azyaşlını skuterlə vurdu, məhkəmə cəzalandırdı  |     19:23 "Bakı Gəmiqayırma Zavodu" cərimə olunur  |     19:08 İsveçdə məktəbdə atışma olub, beş nəfər yaralanıb  |     19:01 Bu gün Ümumdünya Xərçənglə Mübarizə Günüdür  |     18:54 Arvadını baltalamaqda təqsirləndirilən şəxsə hökm oxunub  |     18:49 Gürcüstanda dəm qazından iki nəfər ölüb, dörd nəfər xəsarət alıb  |     18:42 Azərbaycanlı məktəblilər ilk dəfə “SpaceX” raketi ilə orbitə peyk buraxacaq  |     18:36 Moskvada yaşayış kompleksində baş verən partlayışda Ermənistan vətəndaşı şübhəli bilinir  |     18:31 “Traktor”- “Persepolis” oyununda qarışıqlıq salmaqda şübhəli bilinən iki qadın həbs edilib  |     18:25 Nəsimi rayonunda bir ayda narkotik və spirtli içkinin təsiri altında olan 20 sürücü saxlanılıb, 5-i həbs olunub  |     18:16 Kəngərlidə top mərmiləri aşkar edilib  |    

Bu gün Ümumdünya Xərçənglə Mübarizə Günüdür

Bu gün Ümumdünya Xərçənglə Mübarizə Günüdür.

"Report"a açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, onkoloq Azad Kərimli bildirib ki, 2023-cü ilin statistik məlumatlarına əsasən, hazırda ölkədə rəsmi olaraq 69 min 435 nəfər onkoloji xəstə kimi qeydiyyatdadır.

O qeyd edək ki, bu rəqəm 2022-ci illə müqayisədə 7 min 50 nəfər çox olub.

Onun sözlərinə görə, 69 min 435 nəfərdən 25 min 257-si bu xəstəliklə beş il və beş ildən yuxarı yaşayan insanlardır:

"2023-cü ildə 5 min 668 xəstəyə birinci-ikinci mərhələdə diaqnoz qoyulub. 4 min 608 nəfərə üçüncü, 3 min 390 nəfərə isə dördüncü mərhələdə diaqnoz qoyulub".

Onkoloq bu xəstəliyin vaxtında aşkarlanması üçün insanların məlumatlı olmasının vacibliyinə də toxunub:

"Bu mövzuda maarrifləndirmə işləri mütəmadi şəkildə davam etməlidir. Bu xəstəliklə əlaqəli bütün cəmiyyət, ölkə mübarizə aparmalıdır. Onkoloqlar tək başına bu yükün altına girə bilməz. Hazırda ən böyük "təbliğat maşını" televiziyalardır. Televiziyalarda bu sahədə maarifləndirmə işləri isə çox zəifdir. Heç olmasa həftədə bir dəfə verilişlərdə onkoloji problemlərə yer ayrılmalıdır. Bəzən televiziyalarda bu mövzuya vaxt ayrılsa da, daha çox özəl klinika və həkimləri reklam olunur. Bununla da razı deyiləm".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            96 04.02.25 19:01