Əlcəzair Prezidenti Fransadan öz ərazisindəki nüvə tullantılarının aradan qaldırılmasını tələb edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:40 Konqoda meymunçiçəyinə yoluxmuş 100-dən çox xəstə müalicə mərkəzlərindən qaçıb  |     19:27 Bulvarda azyaşlını skuterlə vurdu, məhkəmə cəzalandırdı  |     19:23 "Bakı Gəmiqayırma Zavodu" cərimə olunur  |     19:08 İsveçdə məktəbdə atışma olub, beş nəfər yaralanıb  |     19:01 Bu gün Ümumdünya Xərçənglə Mübarizə Günüdür  |     18:54 Arvadını baltalamaqda təqsirləndirilən şəxsə hökm oxunub  |     18:49 Gürcüstanda dəm qazından iki nəfər ölüb, dörd nəfər xəsarət alıb  |     18:42 Azərbaycanlı məktəblilər ilk dəfə “SpaceX” raketi ilə orbitə peyk buraxacaq  |     18:36 Moskvada yaşayış kompleksində baş verən partlayışda Ermənistan vətəndaşı şübhəli bilinir  |     18:31 “Traktor”- “Persepolis” oyununda qarışıqlıq salmaqda şübhəli bilinən iki qadın həbs edilib  |     18:25 Nəsimi rayonunda bir ayda narkotik və spirtli içkinin təsiri altında olan 20 sürücü saxlanılıb, 5-i həbs olunub  |     18:16 Kəngərlidə top mərmiləri aşkar edilib  |     18:05 Gürcüstanda dövlət rəsmilərini təhqir edənlər 45 günədək həbs oluna bilərlər  |     17:59 Peskov: Moskva Polşanın Rusiya mülkiyyətinə qarşı görəcəyi tədbirləri cavabsız qoymayacaq  |     17:51 "Formula 1": Bakıdakı əsas yarışın başlayacağı vaxt bəlli olub  |     17:49 Mil-Muğan Regional Mədəniyyət İdarəsinə rəis təyinatı olub  |     17:49 ABŞ klubunun hücumçusu 10 oyunluq diskvalifikasiya olunub  |     17:48 Netanyahu Təhlükəsizlik Kabinetinin iclasını çağıracaq  |     17:47 Vaşinqtonda hava limanları idarəsinin əməkdaşları saxlanılıb  |     17:47 Bakı Beynəlxalq Avtovağzal kompleksinin qarşısında yol qəzası zamanı qadın ölüb  |    

Əlcəzair Prezidenti Fransadan öz ərazisindəki nüvə tullantılarının aradan qaldırılmasını tələb edib

Əlcəzair Prezidenti Abdelmacid Tebbun Fransadan öz ərazisindəki nüvə tullantılarının aradan qaldırılmasını tələb edib.

Bu barədə o, "Opinion" nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Fransa 1960-cı illərdə Şimali Afrika ölkəsinin ərazisində istifadə etdiyi nüvə poliqonlarının zərərsizləşdirilməsi problemini həll etməlidir.

"Bu, zəruri bir məsələdir. Nüvə poliqonlarının zərərsizləşdirilməsi məsələsi siyasi, hərbi və humanitar baxımdan vacibdir. Biz bunu amerikalılar, ruslar, indoneziyalılar, çinlilərlə edə bilərdik. Lakin hesab edirik ki, Əlcəzair bunu nüvə tullantıları olan əraziləri dəqiq tanıyan Fransa ilə birlikdə etməlidir", - dövlət başçısı qeyd edib.

Qeyd edək ki, Fransa hökuməti 1958-ci ildə milli nüvə proqramının başlanması barədə qərar qəbul edib. Faktiki olaraq nüvə dövləti statusunu isə ABŞ, SSRİ və Böyük Britaniyadan sonra 1960-cı ilin fevralında Əlcəzairdə ilk atom sınağı zamanı əldə edib.

Fransa müstəmləkə hökmranlığı dövründə 1960-1966-cı illərdə Əlcəzair ərazisində ən azı 17 nüvə sınağı keçirib. Hətta Əlcəzair 1962-ci ildə müstəqillik əldə etdikdən sonra da Fransa bu ölkədə nüvə sınaqlarını davam etdirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            111 04.02.25 17:45