Avropanı bürüyən qum fırtınasının tozlarında radioaktiv maddələr tapıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:51 "Formula 1": Bakıdakı əsas yarışın başlayacağı vaxt bəlli olub  |     17:49 Mil-Muğan Regional Mədəniyyət İdarəsinə rəis təyinatı olub  |     17:49 ABŞ klubunun hücumçusu 10 oyunluq diskvalifikasiya olunub  |     17:48 Netanyahu Təhlükəsizlik Kabinetinin iclasını çağıracaq  |     17:47 Vaşinqtonda hava limanları idarəsinin əməkdaşları saxlanılıb  |     17:47 Bakı Beynəlxalq Avtovağzal kompleksinin qarşısında yol qəzası zamanı qadın ölüb  |     17:46 ABŞ qanunsuz miqrantları daşıyan təyyarəni Hindistana göndərib  |     17:45 Əlcəzair Prezidenti Fransadan öz ərazisindəki nüvə tullantılarının aradan qaldırılmasını tələb edib  |     17:44 KİV: Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib  |     17:33 Bəcirəvan bələdiyyəsi üzrə təkrar seçki fevralın sonunda elan edilə bilər  |     17:29 "Kəpəz"dən ayrılan futbolçu Malta klubuna keçdi  |     17:27 Mağazadan qızıl oğurladı, taksi sürücüsünü çəkiclə hədələdi  |     17:26 Bəzi şərabların reklamı qadağan edilir  |     17:25 Bakıda bir nəfərdən hədə-qorxu ilə 100 min dollar tələb edən şəxslər SAXLANILDILAR  |     17:07 Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idman müəllimindən XƏBƏR VAR  |     16:56 Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq  |     16:20 AAYDA-nın İdarə Heyətinin tərkibi genişləndirildi  |     14:50 Gömrük Akademiyasının tələbələri iki aydır təqaüdlərini ala bilmirlər  |     14:24 Avropanı bürüyən qum fırtınasının tozlarında radioaktiv maddələr tapıldı  |     14:01 Azərbaycanda alim qəfil ürək çatışmazlığından VƏFAT EDİB  |    

Avropanı bürüyən qum fırtınasının tozlarında radioaktiv maddələr tapıldı

Avropanı bürüyən qum fırtınasının tozlarında radioaktiv maddələr tapılıb.

Beynəlxalq iqlimşünaslar qrupu aparılan araşdırmadan sonra bu qənaətə gəlib. Tədqiqatın nəticələri nüfuzlu "Science Advances" elmi jurnalında dərc edilib.

Bildirilir ki, üç il əvvəl Saxara səhrasından güclü toz fırtınası Avropanın böyük hissəsini bürüyüb. Alimlər küləyin gətirdiyi tozun 1960-cı illərdə səhranın Əlcəzair hissəsində aparılan Fransa nüvə sınaqları ilə əlaqəli radioaktiv hissəciklər ehtiva edib-etmədiyini yoxlamağa qərar veriblər.

Tədqiqatçılar qrupu Avropanın müxtəlif yerlərindən toplanmış 53 toz nümunəsini təhlil edib. Nəticələr radioaktiv izotopların mövcudluğunu təsdiqləyib. Onların konsentrasiyası insan sağlamlığı üçün təhlükə yaradacaq qədər yüksək olmayıb. Bununla belə, əsl sürpriz bu hissəciklərin mənşəyi olub: plutonium izotoplarının nisbətinin təhlili göstərib ki, onların mənbəyi Fransa bombaları deyil, 1950-1960-cı illərdə ABŞ və SSRİ tərəfindən aparılan daha güclü nüvə sınaqları olub.

"Tozdakı plutonium izotoplarının nisbəti ABŞ və SSRİ tərəfindən partladılan bombaların xüsusiyyətlərinə uyğun gəlir", - deyə alimlər izah ediblər.

Bu ölkələr birbaşa Saxarada sınaqlar keçirməsələr də, onların partlayışları o qədər güclü olub ki, radioaktiv hissəciklər atmosferə düşərək səhraya çöküb və daha sonra küləklər vasitəsilə Avropaya daşınıb.

Tədqiqat nüvə sınaqlarının qlobal nəticələrini və nüvə texnologiyalarından istifadəyə məsuliyyətli yanaşmanın vacibliyini xatırladır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            84 04.02.25 14:24