Türkiyədə xizək kurortundakı yanğınla bağlı 28 nəfər saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:10 Üç ölkənin bəzi ərazilərindən quşçuluq məhsullarının Azərbaycana idxalına qadağa qoyulub  |     16:54 18 yaşlı tələbənin ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU  |     16:53 Masazırda 38 yaşlı qadın öldürülüb, dayısı şübhəli kimi saxlanılıb (YENİLƏNİB)  |     16:36 Tanınmış ekspert həbs edildi  |     16:35 Bakıya gələn təyyarədə texniki nasazlıq: sərnişinlər uçmaqdan imtina etdi  |     16:20 "Kanalizasiya qoxusundan boğuluruq" - Suraxanıdan ŞİKAYƏT  |     15:41 Saxta diş həkimlərinin ifşası - "Çəkilişi görüb, "işləmir" dedilər" - VİDEO  |     15:29 İsveçdə Qurani-Kərimi yandıran şəxs öldürülüb  |     14:05 Xocalı gil yatağı satılacaq  |     13:48 Azərbaycanda problemli kreditlərin həcmi 3%-ə yaxın artıb  |     13:30 Aİ-nin 12 ölkəsi seçkiyə xarici müdaxiləyə görə Avropa Komissiyasına çağırış etdi  |     13:22 Səhiyyə sistemi ilə bağlı 15-ə yaxın sənəddə PROBLEM var  |     13:21 Azərbaycanda dövlətə məxsus iki gəmi hərraca çıxarılacaq  |     13:02 Durov Qərbin süni intellekt sahəsində Çindən niyə geri qaldığını izah edib  |     12:59 Qızdırmanı nə vaxt salmaq olmaz? Həkimdən gözlənilməz açıqlama  |     12:52 Tramp 30 minə qədər miqrantın Quantanamoda saxlanılması haqqında sərəncam imzalayacaq  |     12:36 Bakı-Ağstafa sürət qatarında pəncərənin yanına bilet alan sərnişin peşman oldu  |     12:31 MN-in sabiq bölmə rəsi və müdiri həbsdən buraxıldılar  |     12:16 SOCAR Qazaxıstandan xam neftin tranzitinə başlayır  |     12:08 "ChatGPT"yə meydan oxuyan "DeepSeek" sındırıldı və məxfi məlumatlara giriş əldə edildi  |    

Türkiyədə xizək kurortundakı yanğınla bağlı 28 nəfər saxlanılıb

Türkiyədə xizək kurortundakı hoteldə 78 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı 28 nəfər saxlanılıb.

Median.Az
Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı bildirib.

"Vətəndaşlarımızın bu çətin günlərdə tək olmadıqlarını hiss etmələri üçün lazım olan hər şeyi etdik və edirik. Faciəni hərtərəfli araşdırmaq və günahkarları məhkəmə qarşısında cavab vermələri üçün lazımi araşdırmaların başlanmasını təmin etdik. Birinci mərhələdə doqquz nəfər saxlanılıb. İfadələr verildikdən sonra saxlanılanların sayı 28-ə çatıb. Onlardan hotel sahibi və işlər müdiri də daxil olmaqla 19 nəfər həbs edilib. Yeddi nəfər barəsində məhkəmə nəzarəti qərarı verilib", - o qeyd edib.

Ərdoğanın sözlərinə görə, hotelin rəhbərliyi risklərə hazır olmayıb və yanğın risklərini nəzərə almayıb.

Qeyd edək ki, yanvarın 21-də gecə saatlarında Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda yerləşən hoteldə yanğın baş verib. Yanğın zamanı oteldə 238 qonaq olub. Hadisə nəticəsində 78 nəfər ölüb, 50-yə yaxın şəxs xəsarət alıb. Bununla əlaqədar yanvarın 22-də Türkiyədə matəm elan edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            195 29.01.25 18:57