İranın ali rəhbərinin "X"dəki ivrit dilində olan hesabı blokdan çıxarılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Alyaskada buzlaqlar əridi, yeni bir ada üzə çıxdı  |     22:56 Öldürülən motosikletçinin valideynləri azərbaycanlı ailədən 100 milyon rubl istəyir  |     22:50 Atlantik okeanının altında nəhəng içməli su mənbəyi tapıldı  |     22:42 Almaniyada azərbaycanlı saxlanıldı: İnsan qaçaqçılığında ittiham olunur  |     22:37 BDU-da bəzi ixtisaslarda dərslər 4 gün olacaq  |     22:29 "Zəngəzur" mahnısı təqdim edildi (VİDEO)  |     22:24 İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş  |     22:15 Şənbə günü yağış yağacaq, şimşək çaxacaq  |     22:09 Gənclər və İdman Nazirliyindən bu səlahiyyəti alındı - Sahil Babayevin tapşırığı...  |     22:01 Xaricdən gətirilən balıqlar yerli məhsullardan niyə ucuz satılır?  |     21:50 Azərbaycan paralimpiyaçısı xal ehtiyatında 12-ci pilləyə yüksəlib  |     21:43 Türkiyədə meşə yanır, təyyarə və helikopterlər cəlb olunub  |     21:29 Yaddaşa mənfi təsir göstərən qidalar  |     21:23 Ağdamda maşın aşdı, yeniyetmə öldü  |     21:15 Neftçalada 1 yaşlı körpəni anası yerə çırparaq öldürübmüş - VİDEO  |     21:09 “Kəpəz” “Araz-Naxçıvan”a məğlub oldu  |     20:50 Nepalda müvəqqəti hökumətin başçısı məlum oldu  |     20:42 Qəzalı vəziyyətdə olan 400 orta məktəbin aqibəti necə olacaq? - Ekspert  |     20:33 Xırdalan-Sumqayıt-Xırdalan qatarlarının hərəkəti müvəqqəti DAYANDIRILIR  |     20:26 Bəybala Xankişiyevə "stop" qoyuldu  |    

İranın ali rəhbərinin "X"dəki ivrit dilində olan hesabı blokdan çıxarılıb

"X" sosial şəbəkəsinin rəhbərliyi İranın Ali Rəhbəri Əli Xameneinin ivrit dilindəki hesabının blokunun açıldığını bildirib.

Median.Az
bu barədə TASS-a istinadən xəbər verir.

Hesabın fəaliyyəti platformanın qaydalarının ehtimal olunan pozulmasına görə oktyabrın 27-də dayandırılıb və təxminən bir gün bağlı qalıb. Bu zaman Xameneinin digər dillərdəki hesabları əlçatan olaraq qalıb.

Blok İranın ruhani liderinin "İsrailin İrana qarşı buraxdığı səhv"dən bəhs edən paylaşımından sonra tətbiq edilib. Paylaşımda - "Biz ona İran xalqının hansı güc, qabiliyyət, təşəbbüs və iradəyə malik olduğunu başa salacağıq", - deyilirdi.

Oktyabrın 26-da İsrail hərbçiləri çoxsaylı fasiləsiz hücuma cavab olaraq İran ərazisindəki hərbi obyektlərə zərbələr endirdiklərini bildirmişdilər. İran hava hücumundan müdafiə qüvvələrinin bəyanatına görə, İlam, Tehran və Xuzistan əyalətlərindəki hərbi obyektlər hücuma məruz qalıb, lakin ziyan məhdud xarakter daşıyıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            726 29.10.24 13:28