"Hamster Kombat" tokeni birjaya çıxdı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:43 Bakıda kanaldan meyit tapıldı  |     16:41 Prezident Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna yeni rektor təyin etdi  |     16:24 Azərbaycanın ən böyük şəhərlərindən birində İKİ GÜN QAZ OLMAYACAQ  |     16:23 Bakıda qadın göl kənarında xüsusi amansızlıqla öldürüldü: Əri saxlanıldı  |     16:21 Azərbaycanda bəzi müəllimlərə 2250 manat veriləcək - SİYAHI  |     16:06 Prokuror sabiq gömrükçülərlə bağlı hökmə etiraz etdi  |     16:00 Vərəsəliklə bağlı yeni qaydalar - Prezident TƏSDİQLƏDİ  |     15:52 Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı  |     13:25 Azərbaycanlı ABŞ-nin səhiyyə sistemindən 137 milyon dollar ələ keçirib - FOTO  |     13:22 Metroda HƏYƏCANLI ANLAR: Ana və övladları ilk dəfə istifadə etdikləri eskalatordan yıxıldılar  |     13:15 Son dövrlərdə körpələrə hansı QƏRİBƏ ADLAR qoyulub?  |     13:02 Pakistan Milli Assambleyasının sədri Bakıda Zəfər parkını ziyarət edib  |     12:56 Bakıda reabilitasiya mərkəzinin əməkdaşı iki nəfəri bıçaqladı  |     12:07 Bu il doqquz yeni bağça fəaliyyətə başlayacaq  |     12:05 Qobustanda 24 yaşlı gəlin QƏTLƏ YETİRİLDİ: Qayınatası saxlanıldı  |     12:03 Əhaliyə XƏBƏRDARLIQ - Partlayış səsləri eşidiləcək  |     12:01 Sumqayıt-Bakı qatarı yolda qaldı  |     11:47 Qanun dəyişir: Ödənilə bilməyən bəzi borcları dövlət qaytaracaq  |     11:36 Saniyədə 30-a qədər ağcaqanad öldürən portativ lazer düzəldildi  |     11:36 İranda İsrail kəşfiyyatının informatoru saxlanıldı  |    

"Hamster Kombat" tokeni birjaya çıxdı - FOTO

Kriptovalyuta birjalarında "Hamster Kombat" (HMSTR) tokeninin - TON blokçeynində buraxılmış eyniadlı "Telegram" oyununun yerli kriptovalyutasının ticarətinə başlanılıb.

Median.Az
-ın RBK-ya istinadla verdiyi məlumata görə, "AirDrop"("Apple" cihazları arasında simsiz məlumat ötürmə texnologiyası) zamanı alınmış tokenlərin ticarəti sentyabrın 26-da Bakı vaxtı ilə saat 16:00-da "OKX", "Bybit", "Bitget", "Binance" və digər ticarət platformalarında açılıb.

Bildirilir ki, "Binance"də spot ticarətinin başlanğıcında "Hamster Kombat"ın qiyməti 0.01 dollar təşkil edib.

"Hamster Kombat" - "Telegram"da minitətbiq şəklində klikker oyunudur. Oyunda dələ şəkli olan düyməyə basmaqla və digər tapşırıqları yerinə yetirməklə, virtual kriptovalyuta birjasında personajı inkişaf etdirməklə daxili oyun sikkələrini "qazanmaq" olar.

Həmçinin bonusları "YouTube"da tətbiqin videolarına baxmaqla və referral sistemi ilə yeni oyunçular cəlb etməklə əldə etmək olar.

Pavel Durov "Hamster Kombat" layihəsini "internet fenomeni" adlandırıb, çünki oyun ilk 73 gün ərzində auditoriyasını 100 milyon istifadəçiyə çatdırıb. Hazırda oyunun "Telegram" kanalında 60 milyondan çox abunəçi var. Avqustun 28-də "Hamster Kombat" komandası "AirDrop" və tokenin birjalara çıxışını elan edib.

HMSTR-in ümumi emissiyası 100 milyard tokendir. Bunlardan 75 milyardı istifadəçilər arasında iki mərhələdə paylanacaq: 60 milyard birinci (cari) mövsümdə paylanıb, daha 15 milyardı isə "AirDrop" iştirakçıları oktyabrda başlaması planlaşdırılan ikinci mövsümdə alacaqlar.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 041 26.09.24 17:25