Bu müəllimlər 1000 manat CƏRİMƏLƏNƏCƏK » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:07 Azərbaycanın Avropa çempionu: "Dünya çempionatında da qızıl medal qazanmağa çalışacağam"  |     21:56 Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayılıb - FOTO  |     21:50 Abşeron Gənclər Şəhərciyində mənzildə PARTLAYIŞ: Yaralılar var  |     21:30 Bakıda nəqliyyatdan istifadə edənlərin NƏZƏRİNƏ - Bundan sonra...  |     21:03 DTX və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ - DETALLAR (FOTO)  |     21:00 Karyerasını bitirən İvan Rakitiç "Hayduk"da çalışacaq  |     20:54 Türkiyənin vilayətlərindən Azərbaycana bəzi heyvanların gətirilməsinə məhdudiyyət qoyulub  |     20:49 Mirzoyan: Ermənistan Azərbaycan və Türkiyə ilə normallaşmada maraqlıdır  |     20:41 Buzovnada çimərlikdə tikinti aparan şəxs məsuliyyətə cəlb olunub  |     20:36 Azərbaycan I yarımildə xarici vətəndaşlara 5 milyon manata yaxın ƏDV geri qaytarıb  |     20:30 Bakıda avtomobildən dəyəri 8 min manata yaxın olan ehtiyat hissələri oğurlanıb  |     20:25 Bakının əmlak bazarında yeni dalğa: kiçik mənzillərə tələbat artır - ARAŞDIRMA  |     20:10 Ötən il Azərbaycanda 200-dən çox şəxs vərəmdən ölüb  |     20:03 Kənd təsərrüfatının siyahıya alınması ilk dəfə işğaldan azad edilmiş əraziləri də əhatə edəcək  |     19:58 Şimali Makedoniyadan Azərbaycana dəvə idxalına məhdudiyyət qoyulub  |     19:50 İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb  |     19:45 Şalva Papuaşvili: Saakaşvili əfv edilməyəcək  |     19:38 Azərbaycana gələn turistlər ən çox nədən narazıdırlar? – ARAŞDIRMA  |     19:34 Paşinyan: II Qaregin arxiyepiskopların hərbi çevriliş planlarını dəstəkləyir  |     19:33 Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ  |    

Bu müəllimlər 1000 manat CƏRİMƏLƏNƏCƏK

Ötən günlərdə Azərbaycan Tibb Universitetinin müəlimi Nazxanım Nəzirbəyin təhsil ocağının tələbələrinin fotosunu çəkməsi və üstəlik bunu sosial şəbəkədə paylaşaraq "bu geyimdə dərsə gələnlər dərsimə buraxılmır. Dekoltelər, yarım qarış "yubka"larınızı gecə klublarında geyinin" deməsi müzakirələrə səbəb olub.

Bunu bir növ kiberbullinq də adlandırmaq olar. Bəs bu kimi halların qanunla cəzası nədir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, bununla bağlı müraciət və şikayətlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır:

"Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması- min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır".

T.Abdullazadə qeyd edib ki, bu halda şəxsi həyata müdaxilə ilə yanaşı kiberbullinq müşahidə olunur. Çünki rəqəmsal platformadan istifadə edərək məqsədli şəkildə psixoloji təzyiq göstərilir. Vəkilin sözlərinə görə, tələbələr geyim-keçiminə fikir verməli, universitetin müəyyən etdiyi dress-kod qaydalarına hörmətlə yanaşılmalıdır

"Bəzən tələbələr o qədər açıq-saçıq geyinir ki, bilmirsən oxumağa gəlib, yoxsa hansısa məqsədə xidmət edir. Amma heç bir halda bu düşüncələr müəllimin hərəkətinə haqq qazandırmır ki, icazəsiz şəkildə tələbələrin şəklini paylaşsın. Müəllim özünü haqlı hesab edərək mental ənənələrimizi qoruduğunu düşünsə belə, qanunvericilik belə hərəkətlərə icazə vermir. Təhsil ocağında açıq saçıqlığın qarşısını bu cür qanunsuz şəkildə deyil, ictimai qınaq, profilaktik söhbətlər və maarifləndirmə yolu ilə almaq daha doğru olardı".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            393 25.09.24 18:19