Mojo.az Banner
23:01 Bu balıq bir neçə ay oksigensiz yaşaya bilər: Bunu necə edir?  |     22:56 Bakıda mobil internetin vəziyyəti necədir?  |     22:50 Şirkətə tətbiq olunan cərimə işçidən tutula bilərmi?  |     22:42 Bu tələbələrlə əmək müqaviləsi bağlanacaq  |     22:35 İsveçrə Rusiyaya görə beş azərbaycanlıya sanksiya tətbiq etdi  |     22:30 Şənbə günü sulu qar yağacaq  |     22:23 "Porsche"nin satışları 10 faiz azaldı  |     22:18 Gəncədə 73 yaşlı qadını maşın vurdu  |     22:10 "Hamı qorxu içindədir, şikayət edirik, eşidən yoxdur" - Paytaxtda aparılan tikinti sakinlər üçün təhlükə yaradıb (Video)  |     21:57 Fransada Azərbaycan mətbəxi təqdim olunub: Blua şəhərində "Səbzi plov" maraqla qarşılanıb  |     21:54 Münhen Təhlükəsizlik Konfransı İran XİN rəhbərinə dəvətini geri götürüb  |     21:44 Türkiyə Ermənistanla sərhəd məntəqəsini bu tarixdə açacaq  |     21:37 Naməlum Antarktida: Buz təbəqəsinin altında nələr var?  |     21:29 Dövlət Xidməti 3 ədəd avtomobil alır - QİYMƏT  |     21:22 Daha bir ərazidə piyada zonası yaradılır - Video  |     21:09 ABŞ-Ukrayna danışıqlarının növbəti raundu keçiriləcək  |     20:54 Niyə müasir uşaqlar 10 il əvvəlkindən daha tez-tez xəstələnir? - Həkimdən açıqlama  |     20:49 Dumanlı hava ilə bağlı XƏBƏRDARLIQ  |     20:46 Goranboyda 12 yaşlı uşaq öldü  |     20:41 "Neomotors" barəsində Dövlət Agentliyində iş qaldırıldı - SƏBƏB  |    
Left Banner
Right Banner

Argentinada inflyasiya 90%-i keçib

12.09.2024 20:15 1 170
Argentinada inflyasiya 90%-i keçib
Argentinada 2024-cü ilin avqust ayında istehlak qiymətləri indeksinin ümumi səviyyəsi 4,2%, ilin əvvəlindən isə 94,8% artıb. 2023-cü ilin eyni ayı ilə müqayisədə artım 236,7% təşkil edib.

Bu barədə ölkənin Statistika və Siyahıyaalma İnstitutunun açıqladığı məlumatda deyilir.

Qiymət artımının 4% olduğu iyul ayı ilə müqayisədə avqustda inflyasiya bir qədər də sürətlənib. İndeksə daha çox kommunal xidmətlər (+7%), təhsil (+6,6%) və nəqliyyat (+5,1%) qiymətlərinin artımı təsir edib.

Qeyd edək ki, Argentina bir neçə ildir ki, ən yüksək inflyasiyaya malik ölkələr sırasındadır. 2023-cü ilin sonunda qiymət artımı 211,4%, 2022-ci ildə 94,8%, 2021-ci ildə 50,9% olub. 19 noyabr 2023-cü ildə Xavyer Mileyin prezident seçilməsindən sonra qiymət artımı əhəmiyyətli dərəcədə sürətlənib. Onun hökumətinin ilk tədbirlərindən biri dolların rəsmi məzənnəsini bir dollar üçün 366 pesodan 800 pesoya qaldırmaq olub.скачать dle 11.3