Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Binalarda komendant özbaşınalığı: Pullar necə xərclənir?

17.01.2026 15:35 492
Binalarda komendant özbaşınalığı: Pullar necə xərclənir?
Son illər Azərbaycanda çoxmərtəbəli binaların sayı sürətlə artsa da, bu binaların necə və hansı qaydalarla idarə olunması hələ də aydın deyil.

Sakinlər hər ay müxtəlif adlar altında ödənişlər etsələr də, bu vəsaitlərin necə xərcləndiyi barədə şəffaflıq yoxdur. Eyni vəziyyətdə olan binalarda fərqli ödənişlərin tətbiqi haqlı narazılıq yaradır. Xüsusilə MTK-ların idarə etdiyi binalarda "komendant pulu”nun vahid qaydalar olmadan müəyyən edilməsi, liftlərin işləməməsi, həyətlərin baxımsız qalması və təhlükəsizlik, təmizlik xidmətlərinin formal xarakter daşıması sakinlərdə ödədikləri vəsaitlərin qarşılığını almadıqları qənaəti yaradır.

Mövzu ilə bağlı "Cebheinfo.az”-a açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, Baş nazirin verdiyi tapşırığa əsasən, artıq mənzil istismar sahələrinin üzərində yeni MMC-lər yaradılacaq:

"Bu MMC-lər sahədə göstərilən Mənzil İstismar Sahələrinin əvəzinə daha qanuni şəkildə fəaliyyət göstərəcəklər. Bu, o deməkdir ki, əgər 2009-cu ildən sonra MİS-lər çoxmənzilli binalara göstərdiyi xidmət artıq dayandırılmışdırsa, indiyədək mənzil istismar sahələri binanın girişinə kimi xidmət göstərirdilər. Onlar ərazilərin təmizlik işlərinə baxırdılar və ərazidə olan məişət tullantılarının daşınması ilə məşğul olurdular. Bu işlər üçün Nazirlər Kabinetinin müəyyən etdiyi tariflə vətəndaşlardan məişət tullantılarının daşınması ilə bağlı xidmət haqqı yığılırdı və borcun yaranması ilə bağlı vətəndaşlar məlumatlandırılırdı. Bəzi şəxslər bunu normal qarşılayırdı, bəziləri isə müqavilənin olmamasına görə əsasız sayırdılar.

Həqiqətən də indiki vəziyyətdə bu təşkilatlar artıq MMC-lərə çevriləcək. MMC-yə çevrildikdən sonra vətəndaşlar fərdi şəkildə müqavilələr bağlamaq imkanı əldə edəcəklər. Lakin Mənzil Məcəlləsinin müvafiq qanunvericiliyinə görə, çoxmənzilli binaların idarə olunma üsulu və idarəetmə növü mənzil mülkiyyətçiləri tərəfindən öz yığıncaqları ilə seçilməlidir”.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə yeni inşa olunmuş binalarda müstərək cəmiyyətlər yaradılıb:

"Ölkədə təxminən 1500 bina var və onların 10%-ə yaxın hissəsində, yəni 200-220 binada, müstərək cəmiyyət yaradılıb. Digər binalarda isə cəmiyyət yaradılmadığı üçün komendant özbaşınalığı hökm sürür. Orada tarifləri komendantlar özləri təyin edir, hətta müqavilə olmadan xidmət göstərirlər. Bəzi hallarda idarəetmə təşkilatları vasitəsilə yollarla müqavilələr bağlanır, yəni bu sahədə də qanun boşluğu mövcuddur. Əslində ölkədə vətəndaşların bu sahədə məlumatsızlığı və yeni inşa olunmuş binalarda özbaşınalığın olması geniş yayılıb. Tariflər isə vətəndaşların aldığı xidmətlərə uyğun müəyyən edilir, əlbəttə ki, hər bir əlavə xidmətin də öz dəyəri var”.

Ekspert qeyd edib ki, qanuna görə, təzə və köhnə çoxmənzilli binalarda vətəndaşlar müstərək cəmiyyət yaratmalıdırlar:

"Müstərək cəmiyyət yaradıldıqdan sonra, yəni 51% üstünlük təşkil etməklə iclas keçirilməli və müstərək cəmiyyətin yaradılması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunmalıdır. Daha sonra həmin cəmiyyətin idarə heyəti, sədri və digər strukturlar təşkil olunmalıdır. Bu strukturlarda hər birinin öz funksiyası var. Birinci idarəetmə üsulunda sakinlər özləri idarəni təşkil edirlər. İkinci üsulda həmin şəxsləri kənardan cəlb edərək onlarla müqavilə bağlayırlar. Üçüncü idarəetmə növündə isə vətəndaşlar idarəni müəyyən təşkilata verirlər.

Bütün bu seçimin sonunda vətəndaşlar binada hansı xidmətlərin olacağına qərar verərək xərcləri müəyyən edirlər. Xərclər həmin binada olan yaşayış və qeyri-yaşayış sahəsi olan mülkiyyətçilərin arasında bərabər bölünür”.скачать dle 11.3
Mojo.az Banner