Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:10 Azərbaycan Türkiyədən nə qədər mal alıb? - Rəqəmlər | 12:08 Rusiyada kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı | 11:59 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video | 11:42 Ağdaşda 17 yaşlı yeniyetmə 36 yaşlı kişini bıçaqlayıb | 11:41 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı | 11:19 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb | 11:13 Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - Foto | 11:09 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 11:07 Alyona Əliyeva BIAF 2026 Festivalından paylaşım edib - Foto | 11:03 İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Bayrağı Günü ilə bağlı videoçarx paylaşılıb | 23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

Estetik əməliyyat etdirən qadının nitqində problem yarandı - İDDİA (Video)

17.01.2026 13:35 1 011
Estetik əməliyyat etdirən qadının nitqində problem yarandı - İDDİA (Video)
39 yaşlı Günel Cəfərova deyir ki, boğazgərmə əməliyyatı olunmaq üçün "TikTok"dan tapdığı "Plastik.estetika"səhifəsinə müraciət edib. Əməliyyatı özünü plastik-estetik cərrah kimi təqdim edən Esmira İbrahimlinin icra etdiyini öyrənib. Ötən ilin iyununda Bakının 9-cu mikrorayon, Mircəlal küçəsində yerləşən "Beauty Derm Estetik"də cərrahi əməliyyat olunub.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, Günel Cəfərovanın sözlərinə görə, 7 aydır boynunda şiddətli ağrılar var, əməliyyatın izi kiçilmir, nitqində də problem yaranıb. Şiddətli ağrıların səngimədiyini gördükdə, həkimə dəfələrlə zəng edib. Amma hər hansı bir tədbir görülməyib.

O deyir ki, üzündə və boğazında yaranmış problemin aradan qaldırlması üçün yenidən əməliyyat olunmalıdır. Lakin onun pulu qaytarılmır ki, yeni əməliyyata versin.

"Beauty Derm Estetik" mərkəzindən Esmira İbrahimli öz növbəsində suallara cavab verməkdən imtina edib və lazımi orqanlara açıqlama veriləcəyini deyərək dəstəyi asıb.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, aparılan araşdırma zamanı Esmira İbrahimovanın "Vahid Səhiyyə İnformasiya Sistemi"ndə tibb işçisi kimi qeydiyyatda olmadığı müəyyən edilib: "Beauty Derm Estetik" Mərkəzinin hansı sahibkarlıq subyektinə məxsus olması barədə rəsmi məlumat yoxdur. Şikayətçi adıçəkilən müəssisədə yoxlamanın aparılmasını istəyirsə, konkret faktlara əsaslanan məlumatlarla - xidmətə görə ödəniş qəbzi, tibbi xidmətə dair qeydiyyat sənədləri və s. ilə birlikdə Analitik Ekspertiza Mərkəzinə rəsmi müraciət etməlidir".

Son xəbərlər