Mojo.az Banner
SON DƏQİQƏ
14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |    
Mojo.az Avto
Mojo.az Avto

Özünü əməliyyat edən həkimin yalanının üstü AÇIQLDI: Mümkün deyil

23.01.2018 11:32 2 950
Özünü əməliyyat edən həkimin yalanının üstü AÇIQLDI: Mümkün deyil
“Mən əməliyyatı əvvəldən axıra qədər özüm etməmişəm”.

Baku.ws xəbər verir ki, özü-özünü liposaksiya (piy sovurma əməliyyatı) etdiyini bildirən və sosial şəbəkədə video paylaşan bariatrik-estetik cərrah Mübariz Məmmədli teleqraf.com-a açıqlamasında belə deyib.

Cərrah belə bir əməliyyatın qeyri-mümkünlüyü iddiasından danışarkən bildirib ki, bədənini köməkçisi keyidib: “Paylaşdığım videodan da aydın görünür ki, əməliyyatı mən özüm icra edirəm. İnanmıralar, deyirlər ki, özü edə bilməz. Düzdür, əməliyyatın bir hissəsini köməkçim, kiçik hissəsini də özüm etmişəm.

Ümumilikdə əməliyyat 1 saat çəkdi, onun cəmi ilk 10-15 dəqiqəsini mən etmişəm. Əməliyyatı əvvəldən axıra kimi özüm etməyi planlaşdırmamışdım. Sadəcə əlcəkləri geyinib, belə bir addım atdım, o da böyük səs-sədaya səbəb oldu”.

Qeyd edək ki, plastik-estetik cərrahın özü-özünü əməliyyat etməsinə Səhiyyə Nazirliyinin baş cərrahı Hacıqulu Bağırov da münasibət bildirib. O, bu məsələni qeyri-ciddi adlandırıb: “Bunlar ciddi məsələlər deyil. Belə məlumatlarla bağlı jurnalist tədqiqatlarının aparılmasına ehtiyac var”.

Hacıqulu Bağırov qeyd edib ki, həkimin özünü əməliyyat etməsi praktiki baxımdan mümkün ola bilməz: “İndi bütün dünyada əməliyyatların hamısı keyləşdirmə altında aparılır. Keyləşdirmə mərkəzi sinir sisteminə təsir göstərir. Keyləşdirmə altında olan şəxs öz-özünü necə əməliyyat edə bilər?! Ona görə də bunlar ciddi məsələlər deyil”.скачать dle 11.3

Son xəbərlər