Mojo.az Banner
22:14 Azərbaycanlılar ən çox hansı sosial şəbəkədən istifadə edir? (YENİ SİYAHI)  |     22:09 Füzulidə geniş ərazidə yanğın başlayıb  |     22:00 Kirayə mənzillər 16 dəqiqə 22 saniyə ərzində seçilib - Birgə məlumat  |     21:51 Dondurma yayda ən yaxşı sərinləşdirici qidadır? - VİDEO  |     21:44 Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı  |     21:33 Türkiyənin ilk astronavtına general rütbəsi verildi  |     21:31 Gimnaziyanın 9-cu sinif şagirdi vəfat etdi  |     21:26 Türkiyədə tanınmış teleaparıcı həbs edildi  |     21:17 Tanınmış həkimin səs yazısı yayıldı - İDDİA (Audio)  |     21:13 Gecə klubunun qarşısında QƏTL - Detallar AÇIQLANDI  |     21:05 14 yaşlı oğlan kanalda boğuldu  |     20:59 Daha bir "Wildberries" kompleksi vuruldu  |     20:53 Putin Nikolay Baskova orden verdi  |     20:48 Qonşusunu döyərək hədə-qorxu gələn qadın bəraət aldı  |     20:40 Azərbaycan atıcısı Avropa çempionatında finala yüksəldi  |     20:35 Gürcüstan 55 əcnəbini deportasiya etdi - Azərbaycan vətəndaşları da var  |     20:28 Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO  |     20:21 Ordubadın yeni icra başçısı kimdir? - DOSYE  |     20:15 Culfanın yeni icra başçısı kimdir? - DOSYE  |     20:10 Sabah 39 dərəcə isti olacaq  |    
Left Banner
Right Banner

Hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT: "Daha təhlükəsiz marşrutlar üzrə hərəkət edilməlidir"

17.01.2026 14:23 768
Hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT:
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yanvarın 17-dən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə qar yağacağı gözlənilir.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciətində xatırlatma edilir.

Əlavə olunur ki, başa çatmaqda olan həftə ərzində dağlıq və dağətəyi rayonlarda yağan qarın yollarda yaratdığı çətinliklər fonunda hava şəraitinin yenidən pisləşməsi hərəkət iştirakçılarından daha ehtiyatlı və hazırlıqlı olmağı tələb edir:

"Xüsusilə qarın ərimədiyi, eləcə də külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə səhər və axşam saatlarında yolların buz bağlaması ehtimalı nəzərdən qaçmamalıdır.

DYP əməkdaşları aidiyyəti qurumlarla birgə yağıntılı hava şəraitinin yollarda yarada biləcəyi fəsadların aradan qaldırılması, hərəkət iştirakçılarının təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində qabaqlayıcı tədbirlər görür.

Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, qarşıdakı günlərdə səfərə hazırlaşan sürücülərdən yolların buz bağlama ehtimalını unutmamağı, texniki-təhlükəsizlik baxımından - ələlxüsus şinləri yararsız, mövsümə uyğun təchiz edilməmiş avtomobillərlə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşrutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir".скачать dle 11.3
Mojo.az Banner