Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |     12:40 Azərbaycan neftinin qiyməti 125 dolları keçdi  |     12:32 Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı  |     12:32 Ararat Mirzoyan Bakıda həbsdə olan ermənilər barədə: "Müraciətlər olunub, lakin nəticə yoxdur"  |     12:31 Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib - Foto  |     12:30 Abşeronda kişi borc aldığı arvadını bıçaqladı  |     12:27 Rusiyada 18-ci mərtəbədən yıxılan kişi sağ qaldı  |     12:25 Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib? - Video  |     12:05 Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirildi  |     11:42 Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat  |     11:40 Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?  |     11:33 İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərdi  |     11:32 Bu il həbsxanalarda doğulan uşaqların sayı açıqlandı  |     11:23 Azərbaycanda yeni ombudsman seçiləcək  |     11:15 Azərbaycanda inflyasiya ilə bağlı yeni proqnoz  |     11:14 Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb  |     22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |    
Mojo.az Avto
Mojo.az Avto

DYP əlverişsiz hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

13.12.2024 13:42 1 266
DYP əlverişsiz hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.

Bu barədə BDYPİ məlumat yayıb.

Müraciətdə bildirilib ki, sinoptiklərin verdiyi məlumata əsasən, bu gündən başlayaraq dekabrın 15-dək ölkə ərazisində havanın temperaturunun aşağı enəcəyi, Bakıda və Abşeron yarımadasında külək müşahidə olunan yağış yağacağı gözlənilir.

BDYPİ verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək fəsadların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlara yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, sürücülərdən sürət həddini hava şəraitinə uyğun seçməyi, külək tutan açıq ərazilərdə ehtiyatlı olmağı, yağışlı havada daha çox ara məsafəsi saxlamağı, qəfil manevr və ya kəskin tormozlama etməkdən çəkinməyi tövsiyə edir.

"Həftəsonu səfərə çıxmağa hazırlaşan hərəkət iştirakçılarından magistral yollarda əlverişsiz hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə almaq, əvvəlcədən ehtiyat tədbirləri görmək xahiş olunur", - deyə məlumatda bildirilib.

Son xəbərlər