Türkiyə BRICS-ə (BRİKS) qoşulmaq istəyir.
Bunu Çində səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib.
“Təbii ki, biz BRICS-ə üzv olmaq istərdik. Görək bu il nəyə nail ola bilirik”, - o bildirib.
Bu məsələ xarici işlər nazirlərinin Nijni Novqorodda keçiriləcək görüşündə müzakirə olunacaq.
H.Fidan bildirib ki, Rusiyada keçiriləcək BRICS nazirlərinin görüşündə iştirak etməyi gözləyir. Məlumata görə, görüşdə gündəmdə olan mövzulardan biri NATO üzvü olan Türkiyənin BRICS-ə qoşulması ola bilər.