Türkiyənin Çanaqqala şəhərinin Ayvacık rayonunda nəqliyyat vasitəsinin elektrik dirəyinə çırpılması nəticəsində iki nəfər ölüb.
Median.Az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Bildirilib ki, bölgədəki Baharlar kəndindən yola çıxan avtomobilin sürücüsü Uzunalan kəndinin girişində yol kənarındakı elektrik dirəyinə çırpılaraq onu aşırıb.
Qeyd olunub ki, hadisədə yaralanan sürücü və sərnişini xəstəxanaya aparılsalar da, onların həyatlarını xilas etmək mümkün olmayıb.