"X" sosial şəbəkəsi (əvvəllər "Twitter") öz qaydalarını dəyişib və indi rəsmi olaraq böyüklər üçün məzmunun yerləşdirilməsinə icazə verib.
İlon Maskın platformasında yeni qaydalar böyüklər üçün video və şəkillərin razılaşdırılmış paylaşılmasına imkan verir.
İstisna hal kimi, bu cür şəkillər məsələn, profil başlığında və ya avatarda yerləşdirilə bilməz.
İstifadəçilərdən bu cür yazıları xüsusi qeyd etmələri tələb olunacaq. Bu, yetkinlik yaşına çatmayan istifadəçilərə (həmçinin doğum tarixini göstərməyənlərə) böyüklər üçün məzmunun göstərilməsinə mane olacaq.
Bundan əlavə, indi sosial şəbəkə sizin bu cür paylaşımlara qoyduğunuz bəyənmələri başqalarına göstərməyəcək.
Mənbə: championat.com