Şri-Lankada adada yağan güclü yağışlar və küləklər nəticəsində azı 15 nəfər ölüb.
Bu barədə ölkənin Təbii Fəlakətlərin İdarə Edilməsi Mərkəzi məlumat yayıb.
Rəsmilərin bildirdiyinə görə, ölüm faktları ölkənin yeddi bölgəsində, o cümlədən paytaxt Kolomboda qeydə alınıb.
İlkin məlumatlara görə, 25 inzibati rayondan 20-si təbii fəlakətdən zərər çəkib. Dörd mindən çox evə qismən ziyan dəyib, 28 ev tamamilə dağılıb. Ada dövlətinin 19 minə yaxın sakini çətin vəziyyətdə qalıb.
Mənbə: TASS