İranda keçiriləcək növbədənkənar prezident seçkilərində ilk qadın namizəd olmaq üçün qeydiyyatdan keçilib.
Bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Məlumata görə, Zöhrə Elahianın prezident seçkilərində namizədliyi qeydə alınıb.
“Mənim hökumətimin şüarı, sağlam hökumət, sağlam iqtisadiyyat və sağlam cəmiyyətdir”, - Elahian bildirib.