Rusiyalı mütəxəssislər mayın 25-26-da Ermənistanın Lori və Tavuş vilayətlərində baş vermiş təbii fəlakət zamanı sıradan çıxmış dəmir yolunu bərpa edəcək.
Median.Az Trend-ə istinadən xəbər verir ki, razılıq Rusiya Baş nazirinin müavini Aleksey Overçukla Ermənistanın hökumət rəhbərinin müavini Mger Qriqoryan arasında əldə edilib.
Rusiya tərəfi bərpa prosesinin xərclərini öz üzərinə götürdüyünü açıqlayıb.