Litvada yeni prezident seçildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:27 Lerikdə güclü qasırğa və dolu ciddi fəsadlar törədib  |     17:26 Şuşanın Daşaltı kəndində yabanı halda bitən çətənə bitkiləri məhv edilib  |     17:24 Oliqarx Leysan Məmmədovun oğlu "Sea Breeze"də yenidən dava saldı – Şok təfərrüat (VİDEO)  |     17:22 Kiyevdə hoteldə ABŞ səfirliyinin attaşesinin meyiti tapılıb  |     16:58 Aktyor: “Tiktokda hədiyyə istəyənlər dilənçidirlər”  |     16:31 İnternat məktəbinin sabiq xanım direktoru vəzifə saxtakarlığı törətdiyi üçün hakim qarşısında  |     15:52 Azərbaycanda küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib  |     15:29 Evlilik ildönümünə tort sifariş edilmişdi - Zaqatalada ölən gəncin acı taleyi  |     15:21 Hava ilə bağlı XƏBƏRDARLIQ - Yağış, şimşək, QAR...  |     15:11 Ukrayna ordusunda yeni qoşun qüvvələri yaradılıb  |     15:03 50 qəpiyə palçıq: Bakıdakı duzlu və yodlu göllərə axışanları hansı təhlükə gözləyir? - VİDEO  |     14:46 Keçmiş məhkum dələduzluğa görə tutuldu  |     14:36 Riki Martin Bakıda ilk dəfə konsert verəcək  |     14:21 AİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib  |     14:07 Silahlı Qüvvələr Günü münasibətilə Ulu Öndərin və şəhidlərin məzarları ziyarət olunub  |     13:56 Azərbaycan idmanında son 8 ilin rekordu  |     13:47 Qapısı açıq halda idarə olunduğu deyilən avtobusdan sərnişin yıxıldı - FOTO  |     13:32 Bakıda bu evlər kəskin BAHALAŞDI - VİDEO  |     13:20 Əcəmi metrosunun qarşısında dava: Ölən var  |     13:20 "WhatsApp"da yeni funksiya: Nömrələri yığıb zəng edə biləcəksiniz  |    

Litvada yeni prezident seçildi

Litvada seçkinin ikinci turunda ölkənin hazırkı Prezidenti Qitanas Nauseda qalib gəlib.

Bu barədə Litvanın əsas seçki komissiyasından məlumat verilib.

Məlumata görə, Nauseda 74,43% səs toplayıb. Onun rəqibi, Baş nazir İnqrida Simonite isə 24% səs qazanıb. Seçici fəallığı 49,6 faiz təşkil edib.

60 yaşlı Qitanas Nauseda 2019-cu ilin iyul ayından Litvaya rəhbərlik edir. Bu müddət onun ikinci və sonuncu prezidentlik müddəti olacaq. Litva Konstitusiyasına görə, prezident ardıcıl iki dəfədən artıq seçilə bilməz.

Nauseda ona göstərdikləri etimada görə Litva xalqına təşəkkür edib.

"Mən çox yaxşı başa düşürəm ki, bu etimad kreditini qoruyub saxlamalıyam", - deyə o, jurnalistlər qarşısında çıxışında bildirib.

Seçilmiş Prezident Qitanas Nauseda Litvanın hazırkı xarici siyasətini davam etdirəcəyinə söz verib və ölkənin Avropa İttifaqı və NATO ilə əməkdaşlıqdan daha çox faydalanacağına ümid etdiyini bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            246 27.05.24 12:38