Rusiyanın Sankt-Peterburq şəhərində metronun “Primorskaya” stansiyası yaxınlığında yolu keçən insanları tramvay vurub.
Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilib ki, nəticədə xəsarət almış üç piyada xəstəxanaya yerləşdirilib. Qeyd olunub ki, tramvayın içində həmin vaxt sərnişin olmayıb.
“45 yaşlı qadın ağır vəziyyətdə Mariinski xəstəxanasına yerləşdirilib, 22 və 42 yaşlı kişilər isə orta ağır vəziyyətdə Yelizavetinskaya xəstəxanasına yerləşdiriliblər”, - idarənin “Telegram” kanalında bildirilib.
Hazırda baş verənlərin təfərrüatları, o cümlədən səbəbləri dəqiqləşdirilir.
Mənbə: iz.ru