ABŞ ordusu husilərin 11 pilotsuz təyyarəsini məhv edib.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.
Qüvvələr Qırmızı dəniz üzərində 1, Ədən körfəzi üzərində 2 və husilərin nəzarətində olan ərazilərdə 8 pilotsuz uçan aparatını vurub.
Hücum nəticəsində xəsarət alan olmayıb.