“TikTok” “Instagram”ın rəqib hesab edilə biləcək və istifadəçilərə fotoşəkilləri paylaşmağa imkan verəcək yeni tətbiq hazırlayır.
“İnnovasiyalara davam edərək istifadəçilərimizin foto və mətn yaratmaq, onu paylaşmaq üçün məkan yaratmağın yollarını araşdırırıq”, - deyə “TikTok” nümayəndəsi bildirib.
Qeyd olunur ki, “TikTok” istifadəçiləri böyük ehtimalla “TikTok Notes” adlanacaq yeni proqramla bağlı artıq bildirişlər almağa başlayıblar. Lakin həmin proqram rəqəmsal mağazalarda hələ mövcud deyil.
Mənbə: TechCrunch