Türkiyə və Rusiya “Crocus” terroru ilə bağlı məlumat mübadiləsini davam etdirir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 Şəmkirdə yol qəzası olub, ər və arvadı xəsarət alıb  |     22:47 İnsan maksimum nə qədər yaşaya bilər?  |     22:33 İşdə bəxtiniz gətirəcək, eşqdə yox... - Həftəlik bürc proqnozu  |     22:24 Azərbaycanda məktəb direktoru ağacdan yıxılıb xəsarət aldı  |     22:07 Zəfər Günü münasibətilə Xankəndidə bayram konserti və atəşfəşanlıq olub  |     22:00 İki rayonda ev yanıb  |     21:52 Şuşada Zəfər Günü münasibətilə konsert keçirilib  |     21:45 Qəzzada həlak olan fələstinlilərin sayı 43,5 min nəfəri ötüb  |     21:39 Türkiyədə zəlzələ olub  |     21:33 Avropa İttifaqı ölkələrində 4,2 milyon ukraynalı qaçqın var  |     21:26 Azad olunmuş ərazilərə 4 ildə dövlət büdcəsindən 8,6 milyard ABŞ dolları investisiya qoyulacaq  |     21:20 Türkiyə ordusu İraqda terrorçulara məxsus mağara aşkarlayıb, xeyli ləvazimat ələ keçirilib  |     21:14 UEFA Çempionlar Liqası matçı zamanı vəfat edən azarkeş Lüksemburq millisinin keçmiş baş məşqçisi olub  |     21:05 Türkiyə ordusu Suriya və İraqda əməliyyat keçirib, 16 terrorçu öldürülüb  |     21:00 Pakistan XİN Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib  |     20:52 COP29-un keçiriləcəyi Bakı Stadionunda inşaat işlərinin 99 faizi tamamlanıb  |     20:47 Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə təntənəli bayram konserti keçirilir  |     20:40 Minsk Milli Kitabxanasında Azərbaycanın Zəfər Günü xüsusi işıq proyeksiyası ilə nümayiş etdirilib - VİDEO  |     20:32 Xüsusi təyinatlı: Şuşa əməliyyatlarında dərələrdən keçərək gözlənilməz istiqamətlərdən hücum edirdik  |     20:27 Alimlər: Süni qaralma dəri xərçəngi xəstəliyinə səbəb olur  |    

Türkiyə və Rusiya “Crocus” terroru ilə bağlı məlumat mübadiləsini davam etdirir

Moskva vilayətində “Crocus City Hall”da baş verən terror aktı ilə bağlı Türkiyə və Rusiya məlumat mübadiləsini davam etdirir.

Bu barədə “RIA Novosti”yə ölkənin hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Bildirilir ki, Ankara, həmçinin hücum edənlərin İŞİD terror təşkilatı ilə əlaqələri haqqında məlumatları araşdırır.

O da vurğulanır ki, respublikada terror təşkilatının tərəfdarlarına qarşı fəal mübarizə aparılır.

Qeyd edək ki, konsert zalında terror aktı ilə bağlı iş üzrə təqsirləndirilən şəxslərdən biri martın 4-də Türkiyədən gəldiyini etiraf edib. Digər məhbus Şamsidin Fariduni fevral ayında sosial şəbəkələrdə İstanbuldan fotolar dərc edib.

Xatırladaq ki, martın 22-də axşam saatlarında Krasnoqorskda “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Rusiya İstintaq Komitəsi “terror aktı” maddəsi ilə bağlı cinayət işi açıb.

Hadisə nəticəsində 551 nəfər yaralanıb, 145 nəfər (altısı uşaq) həlak olub. Terrorçular həbs olunublar. İstintaq davam edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            441 08.04.24 17:54