Rusiya XİN: “Qərb mediasına “Crocus” terror aktının qurbanlarının sayı barədə susmaq tapşırılıb” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 Şəmkirdə yol qəzası olub, ər və arvadı xəsarət alıb  |     22:47 İnsan maksimum nə qədər yaşaya bilər?  |     22:33 İşdə bəxtiniz gətirəcək, eşqdə yox... - Həftəlik bürc proqnozu  |     22:24 Azərbaycanda məktəb direktoru ağacdan yıxılıb xəsarət aldı  |     22:07 Zəfər Günü münasibətilə Xankəndidə bayram konserti və atəşfəşanlıq olub  |     22:00 İki rayonda ev yanıb  |     21:52 Şuşada Zəfər Günü münasibətilə konsert keçirilib  |     21:45 Qəzzada həlak olan fələstinlilərin sayı 43,5 min nəfəri ötüb  |     21:39 Türkiyədə zəlzələ olub  |     21:33 Avropa İttifaqı ölkələrində 4,2 milyon ukraynalı qaçqın var  |     21:26 Azad olunmuş ərazilərə 4 ildə dövlət büdcəsindən 8,6 milyard ABŞ dolları investisiya qoyulacaq  |     21:20 Türkiyə ordusu İraqda terrorçulara məxsus mağara aşkarlayıb, xeyli ləvazimat ələ keçirilib  |     21:14 UEFA Çempionlar Liqası matçı zamanı vəfat edən azarkeş Lüksemburq millisinin keçmiş baş məşqçisi olub  |     21:05 Türkiyə ordusu Suriya və İraqda əməliyyat keçirib, 16 terrorçu öldürülüb  |     21:00 Pakistan XİN Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib  |     20:52 COP29-un keçiriləcəyi Bakı Stadionunda inşaat işlərinin 99 faizi tamamlanıb  |     20:47 Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə təntənəli bayram konserti keçirilir  |     20:40 Minsk Milli Kitabxanasında Azərbaycanın Zəfər Günü xüsusi işıq proyeksiyası ilə nümayiş etdirilib - VİDEO  |     20:32 Xüsusi təyinatlı: Şuşa əməliyyatlarında dərələrdən keçərək gözlənilməz istiqamətlərdən hücum edirdik  |     20:27 Alimlər: Süni qaralma dəri xərçəngi xəstəliyinə səbəb olur  |    

Rusiya XİN: “Qərb mediasına “Crocus” terror aktının qurbanlarının sayı barədə susmaq tapşırılıb”

“Qərb mediasına ictimaiyyəti əsl təşkilatçılardan yayındırmaq üçün “Crocus City Hall” konsert zalında törədilən terror aktının qurbanlarının sayı barədə susmaq tapşırılıb”.

Bu açıqlama Rusiya Federasiyası Xarici İşlər Nazirliyi (XİN) tərəfindən verilib.

Qeyd olunub ki, Qərb mediasında törədilmiş terror aktına rəğbət, eləcə də humanizm nümayişlərinə icazə verilmir.

“Faciənin əsl miqyasını mediada işıqlandırmamaq üçün qəti göstəriş qərbin dünya ictimaiyyətini real təşkilatçılardan və bundan faydalananlardan yayındırmaq cəhdləri, terror aktının qurbanlarının sayının açıqlanmaması onların xüsusi etinasızlığını göstərir”, - deyə nazirliyin “Telegram” kanalında paylaşdığı məlumatda bildirilir.

Xatırladaq ki, martın 22-də Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında törədilən terror aktı zamanı ən azı 145 nəfər ölüb, 550-dən çox insan yaralanıb.

Mənbə: kp.ruскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            432 08.04.24 14:41