Moskvanın Basman məhkəməsi “Crocus City Hall” konsert zalına hücum etməkdə təqsirləndirilən on birinci şəxsi, Tacikistan vətəndaşı Məhəmməd Şaripzodanı həbs edib.
Məlumata görə, məhkəmə onun barəsində mayın 22-dək həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.
Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı törədilib. Terror aktı nəticəsində azı 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb.
Mənbə: TASS