İsveçrə Federal Şurası (Hökumət) Cenevrədə NATO-nun beynəlxalq təşkilatlarla əlaqələr üzrə ofisinin açılmasına razılıq verib.
Bunu İsveçrə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Pyer Alen Elçinqer bildirib.
“2023-cü ilin sonunda NATO İsveçrəyə əlaqə bürosunun açılması ilə bağlı rəsmi müraciət edib. Federal Şura belə bir ofisin açılmasına prinsipial olaraq razılıq verib və Xarici İşlər Nazirliyi növbəti ofisin hazırlanmasına cavabdehdir”, - deyə Elçinqer qeyd edib.
Elçinqer bildirib ki, ofisin açılış tarixi ilə bağlı əlavə məlumat veriləcək.
Mənbə: Gazeta.ru