Rusiyanın Yekaterinburq şəhərində metanol spirtindən zəhərlənərək ölənlərin sayı artıb.
Median.Az "Report"a istinadən bildirir ki, ölənlərin sayı 18-ə çatıb.
Faktla bağlı cinayət işi açılıb. Artıq iki nəfər saxlanılıb.
"Vahid Rusiya" Partiyasının Sverdlovsk vilayəti üzrə layihə koordinatoru Dmitri Çukreyev bildirib ki, hadisə şəhər bazarlarından birində baş verib.
Hadisə ilə bağlı artıq bazar sahibi saxlanılıb.