Xaçmazda ər-arvadı öldürüb evlərini yandırmaqda təqsirləndirilən şəxslə bağlı qərar verilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:04 Azərbaycanlı futbolçu "Real Madrid"də çıxış edə bilər  |     16:48 Hava şəraiti qeyri-sabit keçəcək  |     16:27 "Sky sports"un tanınmış şərhçisi "Qarabağ"ın dəvəti ilə Bakıya gəlir  |     16:10 Azərbaycanda tələbə vəfat etdi (FOTO)  |     16:01 İspaniyada qocalar evində dəhşətli yanğın - 10 nəfər öldü  |     15:55 Paşinyan psixoloji problem yaşayır? - AÇIQLAMA  |     15:46 Türkiyə-Gürcüstan sərhədində zəlzələ baş verib  |     15:17 Tramp öz vəkilini ABŞ baş prokurorunun müavini təyin etdi  |     15:06 "Kartdan-karta" üsulu ilə işləyən daha 170 sahibkara maliyyə sanksiyası tətbiq edilib  |     14:33 İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT  |     14:26 Lionel Messi Paraqvaya məğlub olduqları görüşdə baş hakimi təhqir edib  |     14:20 Xaçmazda ər-arvadı öldürüb evlərini yandırmaqda təqsirləndirilən şəxslə bağlı qərar verilib  |     14:12 Azərbaycan XİN başçısı COP29 çərçivəsində CARICOM-un baş katibi ilə danışıqlar aparıb  |     14:06 “Azərpoçt” elektrikli və yaxud hibrid nəqliyyat vasitələrindən istifadə etmək istəyir  |     13:58 Türkiyənin bir sıra şəhərlərində yer titrədi  |     13:50 SOCAR "yaşıl istiqraz" buraxmağa qərar verib  |     13:46 Muhsin Şentürk: İqlim dəyişikliyi artıq insan hüquqları sahəsində problemlərə səbəb olub  |     13:39 Avropa çempionu 65 yaşında vəfat edib  |     13:30 Rumıniyalı nazir: “Moldova “Black Sea Energy” layihəsinə qatıla bilər”  |     13:23 Burundi Senatının vitse-spikeri Azərbaycanda səfərdədir  |    

Xaçmazda ər-arvadı öldürüb evlərini yandırmaqda təqsirləndirilən şəxslə bağlı qərar verilib

Məhkəmə Xaçmaz rayonunun Yalama kəndində ər-arvadı öldürüb evlərini yandırmaqda təqsirləndirilən Ramin Ağaxanovla bağlı qərar verib.

Report xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində təqsirləndirilən şəxsin müdafiəçilərinin verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Vəkillər apellyasiya şikayətində Ramin Ağaxanovun Cinayət Məcəlləsinin 187.2 və 122.2-ci (güclü ruhi həyəcan vəziyyətində iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddələri ilə məhkum edilməsi barədə qərar qəbul edilməsini xahiş ediblər.

Qərara əsasən, şikayət təmin olunmayıb.

Qeyd edək ki, hadisə ötən il aprelin 10-da sözügedən rayonda baş verib. İttihama görə, 1996-cı il təvəllüdlü Ramin Ağaxanov zərərçəkmiş şəxslərə olan pul borcunu ödəməkdən yayınmaq üçün onların yaşadığı evə gələrək bıçaqla xəsarətlər yetirib.

Onları qətlə yetirdikdən sonra cinayət əməlini gizlətmək və cinayətin izlərini məhv etmək məqsədilə evi yandırmaqda təqsirli bilinib.

O, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

Ramin Ağaxanov Cinayət Məcəlləsinin 120.2.4, 120.2.5, 120.2.6, 120.2.7, 120.2.11 (başqa cinayətin törədilməsini yüngülləşdirmək və quldurluqla əlaqədar, tamah məqsədi və ümumi təhlükəli üsulla iki şəxsi öldürmə) maddələri ilə təqsirli bilinib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            72 15.11.24 14:20